Azərbaycan və Hindistan kinorejissorları gələcək layihələrdə əməkdaşlıq edəcək

Azərbaycan və Hindistan kinorejissorları gələcək layihələrdə əməkdaşlıq edəcək
6 iyul 2024
# 12:30

Hindistanın televiziya və film xadimi, “Marwah Studiyası”nın rəhbəri Sandeep Marvah ilə “Nəriman Film Production”un rəhbəri, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov arasında görüş baş tutub.

Kulis.az xəbər verir ki, görüş zamanı iki ölkənin film sənayesinin inkişafı yolunda müzakirələr aparılıb, razılıq əldə olunub.

“Baş ofisi Bakıda yerləşən və dünya miqyasında bir çox filialı olan “Global Film Line” istehsalat və xidmət şirkətiyik. Bizim missiyamız Azərbaycanda və xaricdə kino çəkilişləri ictimaiyyətinə keyfiyyətli, brendləşmiş peşəkar istehsal, video və fotoqrafiya xidmətləri, etibarlı və yeni növ icarə avadanlıqları, texniki dəstək, idarəetmə dəstəyi və qüsursuz müştəri xidməti təqdim etməkdir”, - deyə Nəriman Məmmədov qonağa Production haqqında məlumat verib.

Sandeep Marvah Hindistan və Azərbaycanın kino sənayesini yaxınlaşdırmaq üçün ümumi maraqların müəyyən edilməsi və imkanların yaradılmasında işlərin mühümlüyündən bəhs edib.

Bu əməkdaşlığın hər iki ölkənin kinorejissorlarına və tamaşaçılarına fayda verəcəyi, film layihələrində qarşılıqlı dəstək ilə nəticələnəcəyi gözlənilir.

# 2064 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər