“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi
19 aprel 2024
# 16:30

Mədəniyyət Nazirliyi yanında İctimai Şura Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib.

Kulis.az xəbər verir ki, tədbirdə kitabxana əməkdaşları, İctimai Şura üzvləri, sahə mütəxəssisləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə kitabxana ilə yaxından tanış olublar. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qənbərova qonaqlara kitabxananın yaranma tarixi, inkişafı, mövcud fondu, şöbələri barədə geniş məlumat verib, uşaqların oxu mədəniyyətinin artırılması və onların həyatında kitabın rolu haqqında fiklirlərini bölüşüb: “Əsas məqsədimiz kitab xəzinəmizi qorumaq, uşaqlara sevdirmək və gələcək nəsillərə bu irsimizi doğru-düzgün şəkildə ötürməkdir”.

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı müzakirə olunan mövzu ilə bağlı aparılan dövlət siyasəti, görülən işlər və mövcud problemlərdən danışıb. O, çıxışında çağdaş uşaq ədəbiyyatının janr problemlərindən söz açıb, qalib ölkənin uşaqları üçün ruhlandırıcı əsərlərin yazılması kimi məsələlərdən danışıb.

Qeyd edək ki, digər çıxışlarda çağdaş uşaq ədəbiyyatının qarşılaşdığı mövcud problemlərə toxunulub və onların həli yolları müzakirə edilib.

# 2176 dəfə oxunub

Oxşar xəbərlər

Xalq rəssamı Fərhad Xəlilov:  ""İstiqlal" ordeninin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam"

Xalq rəssamı Fərhad Xəlilov: ""İstiqlal" ordeninin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam"

14:45 23 oktyabr 2026
Tayvanda komediyaçıya qarşı hücum planı - Çin prezidenti ilə zarafat

Tayvanda komediyaçıya qarşı hücum planı - Çin prezidenti ilə zarafat

14:30 23 oktyabr 2026
Türkiyəli müğənni süni tənəffüs aparatına qoşuldu

Türkiyəli müğənni süni tənəffüs aparatına qoşuldu

14:00 23 oktyabr 2026
Selin Dionun obrazında “Barbie” gəlinciyi hazırlandı

Selin Dionun obrazında “Barbie” gəlinciyi hazırlandı

13:30 23 oktyabr 2026
Şuşanın qardaşı Kayseridə şeir kimi üç gün - Yazarların Talas görüşləri barədə qısa təəssürat

Şuşanın qardaşı Kayseridə şeir kimi üç gün - Yazarların Talas görüşləri barədə qısa təəssürat

13:00 23 oktyabr 2026
Naibə Allahverdiyeva  xəstəxanaya yerləşdirildi

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

12:50 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər