“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri Antalyada

“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri Antalyada
2 sentyabr 2024
# 10:40

Türkiyədə “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri Antalyada davam edib.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycan təmsilçiləri Türkiyənin “TRT Antalya” radiosunda yayımlanan “Bölge Gündemi” mədəniyyət proqramının qonağı olublar. Verilişdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, solist Aynur İsgəndərli iştirak ediblər.

Proqramda Azərbaycan-Türkiyə qardaşlığı, ölkələrimiz arasındakı mədəni əlaqələr barəsində fikirlər yer alıb. Verilişdə, həmçinin milli mədəniyyətimizin qardaş ölkədə, eləcə də Antalyada təbliği istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlər, layihələr müzakirə edilib, hazırda davam edən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbiri haqqında məlumat verilib.

Xatırladaq ki, “Azərbaycan mədəniyyəti və sənəti günü” Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında avqustun 29-da Marmaris şəhərində başlayıb.

# 1776 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər