“Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə” adlı tədbir keçiriləcək

“Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə”  adlı tədbir keçiriləcək
22 aprel 2026
# 13:47

Aprelin 25-də “Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə” adlı tədbir keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan klassik ədəbiyyatının keçdiyi dövrlər barədə çıxışlar olacaq. Həmçinin günümüzdə klassik üslubda yazan şairlərin şeirləri dinləniləcək.

Çıxışçılar arasında Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-dramaturq İlqar Fəhmi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-ozan Fəxrəddin Salim və Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair Kamal Hüseynzadə yer alır.

Tədbirin moderatoru şair İlkin Naibdir.

Qeyd edək ki, tədbirdə gənc rəssamlar tərəfindən çəkilmiş klassik şairlərin portretləri də nümayiş etdiriləcək.

Tədbir “Kitabçı” book kafedə saat 15:00-da keçiriləcək.

# 1188 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər