“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu

“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu
6 fevral 2023
# 17:32

Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.

Kulis.az xəbər verir ki, kitabçada toplanan söz və ifadələr “Yolda”, “Sərhəddə”, “Hoteldə”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Rabitə vasitələri”, “Tibbi yardım”, “Alış-veriş və xidmətlər”, “Gündəlik istifadə olunan söz və ifadələr”, “Vaxt və tarix” kimi fəsillər üzrə təqdim edilib.

Sözlüyün tərtibçisi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalov, redaktorları – Bәhlul Abbasov və Şəfiqə Şəfadır.

Qeyd edək ki, nəşr ərəb ölkələrinə işgüzar və turist səfərinə gedənlər, eləcə də ərəb dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.

Kitabçanı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Center”

“Çıraq” kitab evi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

# 3160 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər