Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı layihə təsis ediləcək

Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı layihə təsis ediləcək
14 yanvar 2026
# 18:05

Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsi təsis ediləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda əksini tapıb.

Həmçinin Azərbaycan ədəbi mühitini qlobal ədəbi mühitə uyğun inkişaf etdirmək, ədəbi əsərlərin yaradılması prosesinin nəşriyyat işi dəyər zəncirinə daxil edilməsini asanlaşdırmaq və tanınmış xarici ədiblərin təcrübəsindən yararlanmaq məqsədilə “Ədiblər Azərbaycanda” (“Writers in Residence in Azerbaijan”) layihəsinin təsis ediləcək.

# 1565 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

12:00 25 oktyabr 2026
Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər