Azad Qaradərəli: "O təşkilatın üzvü olmamışam, ölənəcən də olmayacağam!"

Azad Qaradərəli: "O təşkilatın üzvü olmamışam, ölənəcən də olmayacağam!"
15 yanvar 2026
# 17:32

Bir neçə gün əvvəl mətbuatda Azərbaycan Yazıçılar Birliyinə üzvlük haqqını ödəməyən qələm adamlarının siyahısının bir hissəsi dərc olunub. Siyahıda Azad Qaradərəli imzası ilə tanınan yazıçının adının yer alması müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyindən Kulis.az-a bildirilib ki, Azad Qaradərəli 2006-cı ildən AYB-nin üzvüdür.

Birlikdən verilən məlumata görə, yazıçının üzvlük müraciəti ilə bağlı arxiv sənədləri mövcuddur və həmin sənədlər redaksiyaya təqdim edilib. Qeyd olunub ki, Azad Qaradərəli üzv olduğu ildən bu günə qədər üzvlük haqqını ödəməyib.

AYB-yə heç vaxt üzv olmadığını iddia edən yazıçının üzvlük sənədləri  – FOTOFAKT

Xatırladaq ki, siyahının yayılmasından sonra Azad Qaradərəli öz feysbuk hesabında bu məlumatı təkzib edərək yazıb ki, siyahıda göstərilən “Vəliyev Azad Vəl oğlu” adlı şəxsin özü olduğunu qəbul etmir və AYB-nin üzvü olmayıb:

“Əgər bu mənəmsə, mən oranın üzvü deyiləm və olmamışam. Mən düz 38 il əvvəl Azad Vəliyev imzası ilə yazmışam, sonradan bütün əsərlərim və kitablarım Azad Qaradərəli imzası ilə çap olunub”.

Məsələ ilə bağlı Kulis.az-a açıqlama verən Azad Qaradərəli bildirib ki, ötən əsrin 80-ci illərində Sabir Əhmədlinin məsləhəti ilə AYB-yə üzvlük üçün sənədlər təqdim etsə də, heç vaxt rəsmi üzv olmayıb. Onun sözlərinə görə, təqdim etdiyi sənədlər sonradan itib və illər sonra onun iştirakı olmadan üzvlüyə qəbul edilməsi absurddur:

“Mən Azad Vəliyev deyil, Azad Qaradərəliyəm! Və Allah da şahiddir ki, o təşkilatın üzvü olmamışam, ölənəcən də olmayacağam!”

Yazıçı qeyd edib ki, AYB-də ona göstərilən sənədlərdə ərizənin altında imza yoxdur və sənədlər 80-ci illərdə təqdim etdiklərinə uyğundur. Həmçinin sənədlərdə onun Sov.İKP üzvü kimi göstərilməsi bu faktların köhnə dövrə aid olduğunu sübut edir. Azad Qaradərəlinin sözlərinə görə, həmin ərizə AYB-nin o vaxtkı katibi Hüseyn Abbaszadənin adına yazılıb ki, bu da sənədlərin 1975–1991-ci illər aralığına aid olduğunu göstərir.

Azad Qaradərəli hesab edir ki, 80-ci illərdə təqdim etdiyi, lakin sonradan “itən” sənədlər əsasında o, 19 il sonra, öz iştirakı və xəbəri olmadan AYB-yə üzv qəbul edilib:

“Əşşi, belə də komediya olar?! Necə qəbul ediblərsə, elə də xaric edərlər, inşallah”.

Yazıçı açıqlamasının sonunda bir daha vurğulayıb ki, AYB ilə heç bir bağı və bu təşkilatdan heç bir umacağı da yoxdur:

“İcazə verin, ömrümün bu ahıl çağında həyatımı öz istədiyim kimi yaşayım”.

# 1567 dəfə oxunub

Oxşar xəbərlər

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər