ANİMAFİLM BAFTA festivallar siyahısına daxil edildi

ANİMAFİLM BAFTA festivallar siyahısına daxil edildi
12 avqust 2024
# 15:14

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyasında BAFTA Festivallar Siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) əməkdaşlıq etdiyi festivalların siyahısını ciddi seçim proseduruna uyğun tərtib edir. Bu isə ANİMAFİLM-in BAFTA tərəfindən müəyyən edilmiş yüksək standartlara cavab verdiyinin göstəricisidir. Bu xəbər festivalın keyfiyyətini və təsir dairəsini nümayiş etdirməklə yanaşı, həm də öz işlərini festivala təqdim edəcək yerli rejissorlara möhtəşəm fürsət yaradır.

ANİMAFİLM BAFTA ilə əməkdaşlıq çərçivəsində animasiya filmlərini BAFTA Film Mükafatlarında “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyasında yarışmaq üçün təklif etmək imkanı qazanacaq. Qeyd edək ki, BAFTA seçim hüququ sadəcə Böyük Britaniya istehsalı və ya Böyük Britaniya ilə birgə istehsal olunmuş animasiya filmlərinə şamil olunur.

BAFTA “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyası üçün müraciətlər açıqdır və 18 oktyabrda bağlanacaq. Mükafatlar 16 fevral 2025-ci il tarixində BAFTA Mükafatlarının təqdimat mərasimində sahiblərinə çatacaq.

BAFTA Festivallar Siyahısına daxil edilmiş digər animasiya festivalları bunlardır: Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı, Kaboom Animasiya Festivalı, Animafest Zaqreb, Fantoche – Beynəlxalq Animasiya Filmləri Festivalı, Linoleum Müasir Animasiya və Media İncəsənəti Festivalı və s.

# 1781 dəfə oxunub

Oxşar xəbərlər

Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər