Müharibədən sonra Almaniyanın gerçək üzünü göstərən rəssam

Müharibədən sonra Almaniyanın gerçək üzünü göstərən rəssam
2 dekabr 2025
# 11:40

Bu gün alman rəssam Otto Diksin doğum günüdür.

Kulis.az bu münasibətlə müəllif haqqında materialı təqdim edir.




"Müharibə" (1919-1932)

Bu əsər Birinci Dünya müharibəsinin insan ruhunda və cəmiyyətdə qoyduğu dərin izləri ən sərt şəkildə ifadə edən sənət nümunələrindən biridir. Rəssam özü müharibədə döyüşdüyü üçün bu əsərdə gördüklərini idealizasiya etmədən, olduğu kimi, yəni çirkli, dağıdıcı və qəddar şəkildə təsvir edir. Tablonun sol panelində əsgərlərin ölümə gedən yürüşü göstərilir və bu səhnə müharibənin mexaniki, insanilikdən uzaq tərəfini vurğulayır. Mərkəzi paneldə dağılmış cəsədlər, yanan torpaq və canlı ilə ölü arasındakı sərhədin itməsi müharibənin total fəlakət olduğunu açıq şəkildə göstərir. Sağ paneldə yaralı əsgərin çıxarılması səhnəsi müharibənin yalnız kütləvi deyil, fərdi faciələri də necə səbəb olduğunu nümayiş etdirir. Alt hissədə isə tabutdakı ölü əsgər müharibənin labüd sonunu - insan itkisini simvolizə edir. Diksin sərt rəng seçimi, kəskin konturları və təhdidedici atmosferi tablonu vizual şok effekti ilə yükləyir.



"Skat oynayanlar" (1920)

Müharibədən qayıdan əsgərlərin protezlər, taxma çənələr və süni ətraflarla dolu qrotesk qiyafələri burada əsas mövzudur. Rəssam qəsdən real protez modellərindən istifadə edib ki, deformasiya “həqiqi” təsir bağışlasın. Diks burada müharibənin qəhrəmanlıq deyil, “bədənləri məhv edən sənaye” olduğunu göstərir. Satirik ton veteranların bir tərəfdən həyatda qalmasına, digər tərəfdən məhv olmasına işarədir. Fiqurların üz cizgiləri karikatura ilə hiperrealizm arasında dayanır. Bu əsər Almaniyada müharibə sonrası reabilitasiya problemini kəskin şəkildə gündəmə gətirdi. Ən çox reproduksiya edilən Diks tablolarından biridir.

"Jurnalist Silviya fon Hardenin portreti" (1926)

1926-cı illərin "Weimar" dövrü Almaniyasının intellektual və mədəni atmosferini ən dəqiq ifadə edən əsərlərdən biridir. Rəssam burada qadını klassik gözəllik anlayışından uzaq, lakin müasir şəhər həyatının simvolu kimi təsvir edir. Silviya dar, sərt üz cizgiləri, tünd dodaqları, nazik bədən quruluşu və ciddi baxışı ilə dövrün “Yeni qadın” obrazını təcəssüm etdirir. Onun siqaret tutması, yanında içki dolu stəkan və masa üzərindəki aksesuarlar Berlinin bohem həyatının gündəlik səhnəsini xatırladır. Diks bu portretdə qadının fiziki görünüşünü deyil, onun intellektual enerjisini və daxili sərtliyini vurğulayır. Fon rənglərinin kəskinliyi və kompozisiyanın sadəliyi Silviyanın şəhər həyatının ritmini və emosional tənhalığını daha da qüvvətləndirir. Portretdəki qeyri-mükəmməl, künclü forma və xətlər dövrün modernist düşüncə tərzini və sosial dəyişikliklərini əks etdirir.

Əsərin qəhrəmanı Sylvia von Harden 1894-cü ildə Almaniyanın Hamburq şəhərində doğulmuşdu. Əsl adı Sylvia von Halle idi. O, jurnalist, şair və ədəbiyyat tənqidçisi idi. Rəssam Otto Diks onunu kafelərin birində təsadüfən görmüş və demişdi: “Mən səni çəkməliyəm. Sən dövrün təcəssümüsən!”.



"Biznesmen Maks Roesberq" (1922)

Rəsmdə biznesmen Max Roesberq göstərilir. Masa, telefon, kalender və kağız-sənəd materialları onun peşəkar fəaliyyəti ilə bağlı elementlərdir. Bu detallar onun “iş adamı” kimliyini vurğulayır. Palitrada daha çox yaşıl və mavi tonlarından istifadə edilib. Bu rənglər pul, ticarət və kommersiya ilə əlaqəli simvolik təsəvvür yaradır. Roesberqin bədəni demək olar ki, kostyum və geyimi ilə tamamilə örtülüb. Bu da onun şəxsiyyətini daha çox “biznesmen” kimi təqdim edir. Yəni fiziki insan yox, sosial status və peşə identifikasiyası ön plandadır. Bu portret həm Diksin karyerasında, həm də müasir Alman realist portreti tarixində əhəmiyyətli yer tutur. Əsər 1920-ci illərdə realist sənət anlayışının nümunəsidir və muzey kolleksiyasına daxil olmuş ilk Alman realist portretlərindən biridir



"Praqa küçəsi" 1920

Bu əsər Otto Diksin Birinci Dünya müharibəsindən sonrakı Almaniya cəmiyyətinə sərt baxışını əks etdirən ən güclü əsərlərindən biridir. Rəssam tablodakı fiqurlarla sosial bərabərsizliyin, iqtisadi çöküşün və fiziki-mənəvi fəlakətin canlı təsvirini yaradır. Fiqurların protez ayaqları, qırıq arabaları və sərt baxışları müharibənin insanları necə yaraladığını vizual bir sənəd kimi nümayiş etdirir. Eyni zamanda arxa planda öz işinə davam edən, həyatdan çox da təsirlənməmiş insanlar vardı ki, bu da sosial laqeydliyi vurğulayır. Rəsmin rəng palitrası çirkli, sərt və cansıxıcı çalarlardan ibarətdir. Bu isə tablonun ümumi pessimist ruhunu daha da gücləndirir. “Praqa küçəsi” həm sənət əsəri, həm də tarixi şahidlik rolunu oynayı.



"Rəqqas Anita Berberin portreti" (1925)


1925-ci illərin Berlin gecə həyatının cazibəsini və qaranlıq tərəflərini bir araya gətirən ən dramatik əsərlərindən biridir. Rəssam Anita Berberi tamamilə qırmızı rəngə bürünmüş şəkildə təsvir edərək onun ehtiraslı, eyni zamanda dağıdıcı enerjisini simvolik şəkildə vurğulayır. Onun bədəni sərt, teatrik bir pozada dayanır və bu poza həm güc, həm də özünəinam hissi yaradır. Üzündəki ağır makiyaj və tünd gözlər Berberin kabare səhnəsində yaratdığı vamp imicini daha da gücləndirir. Diks burada rəqqasənin cazibədar, lakin kövrək mahiyyətini göstərir. Ancaq cazibəsi qədər daxili boşluğu da hiss olunur. Qırmızı fon və qırmızı paltar onun həyatının ehtiras, şou, risk və özünü məhv etmə elementləri ilə sıx bağlı olduğunu simvollaşdırır. Portretdəki sərt xətlər və açıq konturlar "Yeni obyektivlik" hərəkatının estetikasını tam şəkildə əks etdirir.

# 101 dəfə oxunub

Oxşar xəbərlər

Mühacirlikdən qlobal moda ikonluğuna - İlk sudanlı model

Mühacirlikdən qlobal moda ikonluğuna - İlk sudanlı model

12:00 2 dekabr 2025
"Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir" -  Nəriman Nərimanovun oğluna məktubu

"Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir" - Nəriman Nərimanovun oğluna məktubu

12:00 2 dekabr 2025
"Fəryad"ın  antaqonist qəhrəmanı - O niyə Şeyx Nəsrullah rolunu oynamaq istəmirdi?

"Fəryad"ın antaqonist qəhrəmanı - O niyə Şeyx Nəsrullah rolunu oynamaq istəmirdi?

11:00 2 dekabr 2025
Xalq şairi Nəriman Həsənzadə reanimasiyadadır - Dializə qoşulub

Xalq şairi Nəriman Həsənzadə reanimasiyadadır - Dializə qoşulub

10:52 2 dekabr 2025
Bu barışı dünyaya yay... - Günün mahnısı

Bu barışı dünyaya yay... - Günün mahnısı

10:25 2 dekabr 2025
Cəfər Pənahi barədə qiyabi həbs qərarı - Ölkədən çıxışı qadağan olundu

Cəfər Pənahi barədə qiyabi həbs qərarı - Ölkədən çıxışı qadağan olundu

10:06 2 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər