Allahverdi Yolçuyev: "Məni işə götürdülər, Afaq Bəşirqızını yox"

Allahverdi Yolçuyev:  "Məni işə götürdülər, Afaq Bəşirqızını yox"
14 iyul 2023
# 18:16

“İctimai nəqliyyatdan istifadə edirəm, insanların arasında oluram. Tamaşaçılar məni görən kimi “Ovçu Pirim” deyə çağırırlar. Üzümü görməyib, səsimi tanıyanlar da olur. Bu xoşbəxtlik deyilmi?! Aktyor, ümumiyyətlə, seçilmiş adamdır. Düzdür, indi aktyorlar yox, vaynerlər gündəmdədir. Onların içərisində baxdıqlarım və bəyəndiklərim də var. Amma əksəriyyəti cılız işlərlə məşğuldur, insanları bayağı gülüşlə aldadırlar”.

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Allahverdi Yolçuyev deyib. Sənətkar teatrdan uzaqlaşmağının da səbəbini açıqlayıb.

“Teatrdan uzaqlaşmağımın səbəbi var. Allah hamının övladını xoşbəxt etsin. Məni tanıyanlar bilir ki, ailəcanlı insanam. 4 qızım var. Oğulum olsaydı, onu işə göndərərdim. Amma qızla çətindir. Ailəmə görə el şənliklərinə üstünlük verdim. Maddi tərəfdən onları təmin etməli idim. Buna baxmayaraq, teatrda işləyirdim. Sonra gördüm ki, teatrla toylar uyğun gəlmir. Hələlik bir az fasilə vermək istəyirdim, gördüm ki, teatrdan uzaqlaşmışam. Sağ olsun Nicat Kazımov, yubileyimlə əlaqədar olaraq bir neçə il əvvəl mənim üçün tamaşa hazırladı”.

Tanınmış aktyor illər əvvəl baş verən bir hadisəni də bölüşüb.

“Afaq xanımla Sumqayıt Dövlət Dram Teatrında bir çalışmışıq. Onu çox istəyirik, xalqımızın sevimlisidir. Tərəf müqabili kimi o qədər bir-birimizə öyrəşmişdik ki. Bizim səhnələrimiz çox yaxşı alınırdı. Bir gün dedi ki, Sumqayıt uzaqdır, gedib-gəlirsən. Gedək Musiqili Teatra, mən danışmışam, ikimizi də işə götürəcəklər. O dövrdə qısqanclıqlar çox idi. Afaq xanımın o teatrda işləməsi bir çoxunun ulduzunun sönməsi demək idi. Ona görə də Afaq xanımı işə götürmədilər, məni isə xora götürdülər. Daha sonra haqq-ədalət öz yerini tapdı, Afaq xanım da ora gəldi”.

Sənətkar xəstəliyindən danışıb.

“Parkinson xəstəliyindən əziyyət çəkirəm. Müalicə alıram, amma müalicə də davamlı olmalıdır. Əlim əsir. Çəkilişlərdə, verilişlərə gedəndə əlimi gizlətməyə çalışıram. Amma yenə də mümkün deyil. Tam müalicəsi xaricdədir. Ora getməyə də pul lazımdır” .

Moderator.az

# 2842 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reperin Rusiya konserti ləğv edildi

Məşhur reperin Rusiya konserti ləğv edildi

17:12 1 aprel 2026
Əhməd bəy Ağaoğluna həsr edilən kitabın təqdimatı oldu

Əhməd bəy Ağaoğluna həsr edilən kitabın təqdimatı oldu

15:13 1 aprel 2026
"Ölkədə elə alimlər var, görsəniz, gülərsiniz" - Nofəl Şahlaroğlu ilə müsahibə

"Ölkədə elə alimlər var, görsəniz, gülərsiniz" - Nofəl Şahlaroğlu ilə müsahibə

14:50 1 aprel 2026
Azərbaycanlı rəssamın işi 30 ən yaxşı əsər sırasında

Azərbaycanlı rəssamın işi 30 ən yaxşı əsər sırasında

14:00 1 aprel 2026
Maqsud İbrahimbəyovun kitabının təqdimatı olacaq

Maqsud İbrahimbəyovun kitabının təqdimatı olacaq

13:30 1 aprel 2026
Aşıq Ələsgərin 205 illiyi münasibətilə sərgi açıldı

Aşıq Ələsgərin 205 illiyi münasibətilə sərgi açıldı

13:00 1 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər