Aktrisası olduğu teatrın qarderobunda işlədi, acınacaqlı halda dünyasını dəyişdi, anası ilə eyni qəbirdə basdırıldı – Şirbalanın Nazlısının faciəvi həyatı

Aktrisası olduğu teatrın qarderobunda işlədi, acınacaqlı halda dünyasını dəyişdi, anası ilə eyni qəbirdə basdırıldı – Şirbalanın Nazlısının faciəvi həyatı
1 mart 2023
# 21:00

1 Mart aktrisa Lütfiyyə Səfərovanın vəfat günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Əslın Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.

***

Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.

Aktrisanın sənət kariyerası hələ 2-ci kursda oxuyarkən “Səndən mənə yar olmaz” musiqili komediyada oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci illərdə “Volqalı canan”, “92 dəqiqə gülüş”, “Bankir adaxlı”, “Talelər qovuşanda” tamaşalarında rol alıb.

***

Aktrisa bir qədər gec ailə qurub. Teatrda işləyən Rasim Dadaşzadə adlı şəxslə ailə quran aktrisanın Azər və Samir adlı iki oğlu dünyaya gəlib. Lütfiyyə xanım Samiri həmişə özü ilə qastrollara aparırmış. Bir müddət sonra aktrisa həyat yoldaşı ilə yollarını ayırır, övladlarını təkbaşına böyüdür. Rasim Dadaşzadə ondan sonra iki dəfə evlənir. Boşanmalarına baxmayaraq, Lütfiyyə xanım keçmiş qayınanası ilə qayınatasının qeydinə qalırmış.

***

Opera səsinə malik olması da aktirisanın tez bir zamanda şöhrət qazanmasına səbəb olub. 60-cı illərin əvvəllərində Musiqili Komediya Teatrında vokalçı aktirisalar azlıq təşkil edirdi. Məhz belə bir zamanda Lütfiyyə Səfərovanın teatra gəlişi truppanın gücləməsinə səbəb oldu.

Musiqili Komediya Teatrında “Məşədi İbad”da Gülnaz, “Gözün aydın”da Leyla, “Özmüz bilərik”də Lalə, “Ev bizim, sirr bizim”də Çiçək, “Ulduz”da Ulduz, “Sevindik qız axtarır”da Nazik, “Qaynana”da Afət, “Nənəmin şahlıq quşu”nda Nazlı, “Məmmədəli kurorta gedir”də Xurşud, “Arşın mal alan”da Asya, “Milyonçunun dilənçi oğlu”nda qonşu qız, “Olmadı elə, oldu belə”də Gülnar obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.

1965- ci ildə isə o, Kreml Teatrı tərəfindən dəvət alsa da, ölkəsini və yaxınlarını atıb getməyə ürək etmir. Lakin, sonralar ona qarşı olan diqqətsizliyə dözməyib deyir: “İncinin qiymətini zamanında verməkdə acizlik göstərdilər”.

***

Sənət dostları deyir ki, Lütfiyyə xanım ömrünün sonuna qədər ümidlə nə vaxtsa ona da fəxri ad verəcəkləri günü gözləyib. Şan-şöhrət naminə yox, qədir-qiymət üçün istəyib bu adı. Çox təəssüf ki, aktirisa haqqı olan qiyməti ala bilməyib.

"Şirbalanın ilk məhəbbəti" adlı tamaşada Nazlı obrazı ilə yadda qalan Lütfiyyə Səfərova birotaqlı mənzildə oğlu, qızı və gəlini ilə birgə yaşayıb. O, 65 yaşı tamam olarkən verdiyi müsahibəsində deyir:
“65 yaşım tamam olacaq. Hələ heç bir fəxri adla təltif olunmamışam. Heç prezident təqaüdü də almıram. Bu gün-sabah həyatdan köçəcəm, hələ də mənimlə maraqlanan yoxdur. Aldığım maaşı ancaq dərmanlarım üçün xərcləyirəm. Hərdən teatra getmək üçün yolpulu ehtiyacım yaranır. Sıxıntılarımı evdə gizlətməyə çalışıram. Çünki ailə üzvlərimin də qazancı ürəkaçan deyil".

***

Aktrisaya qarşı diqqətsizlik o həddə çatıb ki, 44 illik səhnə fəaliyyətindən sonra ömrünün ahıl çağlarında vaxtilə canını fəda etdiyi teatrın qardirobunda işləməli olub. Bir müddət sonra Lütfiyyə Səfərova tamamilə teatrdan və səhnədən uzaqlaşıb, evinə qapanıb.

Lakin elə səhnədən ayrıldığı gündən, aldığı psixoloji zərbənin təsirindən yatağa düşür. Ömrünün son 3 ayında onun yanında Emeliya Xələfbəyova adlı qohumundan başqa kimsə olmayıb. Lütfiyyə Səfərovanın əsəblərinin pozulmasının digər səbəbləri isə şəxsi həyatındakı uğursuzluqlarla bağlı idi. Oğlanlarının hər ikisinin ailələrinin dağılması, böyük oğlunun ölkə xaricinə köçməsi və orda əcnəbi qadınla evlənməsi Lütfiyyə xanımın xiffətini artırır.

***

Emeliya xanım deyir ki, aktrisa yatağa düşəndən sonra tamamilə unuduldu: “Son günlərində o, artıq yaddaşını itirmişdi. Lütfiyyənin səmimi dost münasibəti göstərdiyi, qayğısına qaldığı sənət yoldaşları da onu yada salmadılar. O, boyda teatr kollektivindən yalnız hərdənbir Atabala Səfərov, Kubra Əliyeva, Novruz Qartal, Hacıbaba Bağırovun yoldaşı Arzu xanım onu yoxlamağa gəlirdilər”.

Uzun sürən xəstəlikdən sonra aktrisa 2010-cu il martın 1-də 68 yaşında dünyasını dəyişir. Onun dəfn mərasiminə nazirlikdən, teatrın məsul şəxslərindən heç kim gəlmir. Ölümü heç kimi maraqlandırmır. Dəfn üçün yer belə verilmir. Aktrisa anası ilə bir qəbirdə dəfn olunur.

# 40970 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
#
#
# # #