AKİ-nin dəstəyilə yeni dərslik nəşr edilib

AKİ-nin dəstəyilə yeni dərslik nəşr edilib
4 dekabr 2024
# 10:35

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə tərcümə edilmiş növbəti kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, amerikalı yazıçı, ssenarist, iki mindən çox ssenarinin məsləhətçisi olmuş, bir çox ölkələrdə seminarlar keçirmiş Linda Segerin “Yaxşı ssenarini əla ssenariyə necə çevirməli” (“How to make a good script great”) kitabını Azərbaycan dilinə yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli tərcümə edib.

Kitabda ssenarinin necə yazılması, maraqlı hekayənin necə qurulması diqqətə çəkilir. Linda Seger yazıçılara, kinodramaturqlara, rejissorlara və prodüserlərə yaxşı ssenarini əla ssenariyə çevirməyin yollarını izah edir. Ssenarinin doğru formada redaktə olunması ssenarist üçün sehrli bir gücdür. Məhz bu sehrli güc pis ssenarini daha yaxşıya, yaxşı ssenarini isə əlaya çevirə bilər.

Əli Əmirli ön sözdə Linda Segerin kitabında ssenarinin yazılmasını və redaktəsi ilə bağlı yüksək peşəkarlıq səviyyəsində məsləhətlər verməsini, keyfiyyətli ssenarinin yazılma yollarının, sirlərinin konkret misallar üzərində göstərilməsindən bəhs edərək qeyd edir ki, kinossenarinin bütün komponentlərinə göstərilən tələblər araşdırılır. Əlavə olaraq onu da qeyd edir ki, əslində, kitab sadəcə redaktorlara deyil, həm də daha çox kinodramaturqlara və kinorejissorlara ünvanlanmış əsərdir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilən kitab “Zərdabi” nəşriyyatında çap olunub. Kitab ADMİU tələbələrinə və kinematoqrafiya sahəsində təhsil alan və çalışan gənclərə paylanacaq. Kitabın nəşrə məsulu AKİ-nin İcraçı katibi, rejissor Əli İsa Cabbarovdur.

# 2010 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər