Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında Memorandum imzalandı

Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında Memorandum imzalandı
19 fevral 2024
# 17:02

Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında Memorandum imzalanıb.


Kulis.az xəbər verir ki, fevralın 18-də Rusiyanın Aleksandrinski Teatrı (Sankt-Peterburq) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum Akademik Milli Dram Teatrının direktorunun səlahiyyətlərini icra edən əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov tərəfindən imzalanıb.

Qeyd olunub ki, Memorandumun imzalanması Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Memoranduma qastrol səfərlərinin, dəyirmi masaların, konfransların və ustad dərslərinin təşkili daxildir.

Tədbir çərçivəsində Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanova Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı təqdim olunub.

Daha sonra "Rus səhnəsinin seçilmiş obrazları" sərgisinin açılışı olub.

Bildirilib ki, Rusiyanın teatr sənəti üzrə tanınmış pedaqoqları və aktyorlar 19-21 fevral tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçəcəklər.

Ustad dərsləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Aleksandrinski Teatrı, Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə həyata keçiriləcək Aleksandrinski Teatr Məktəbi təhsil layihəsi çərçivəsində reallaşacaq.

Layihə RF Mədəniyyət Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovun rəhbərliyi ilə keçirilir.

Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə əyani üçgünlük intensiv proqramdan ibarətdir. “Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir. Hər iki istiqamət üzrə ustad dərsləri SDU və RDSSİ-nin müəllimləri, həmçinin Aleksandrinski Teatrının mütəxəssisləri tərəfindən aparılacaq.

“Müasir milli teatrda idarəetmənin əsasları” proqramı üzrə 35 dinləyici nəzəriyyəni öyrənəcək və paralel olaraq 5-6 komandaya bölünərək ekspertlərin dəstəyi ilə öz yaradıcılıq layihələrini inkişaf etdirəcəklər. Daha sonra komandalar ekspertlərin qarşısında layihələrini müdafiə edib şəhadətnamə alcaqlar.

“Müasir kontekstdə fəaliyyət” proqramında isə 25 dinləyici nəzəriyyəni öyrənəcək və praktik məşğələlərdə iştirak edəcək. Yekunda onlara proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnamələr təqdim olunacaq.

# 1761 dəfə oxunub

Oxşar xəbərlər

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

10:00 13 noyabr 2026
Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər