Afət Fərmanqızı: “Bizim aramızı vuran 60 yaşlı qadındır” – Açıqlama

Flora Kərimova, Afət Fərmanqızı

Flora Kərimova, Afət Fərmanqızı

10 avqust 2022
# 15:42

"Əslində, Flora Kərimova mənə yaxşılıq edir, onun sayəsində daha çox sevilirəm, daha çox şənliklərə dəvət alıram".

Bu sözləri “Yeni sabah”a müğənni Afət Fərmanqızı deyib.

"Mən paylaşım edib Rusiyaya köçdüyümü dedikdən bir ay sonra 60 yaşlı müğənniliklə məşğul olan amma bu sahədən xəbəri olmayan kənar bir qadının diktəsiylə Flora Kərimova məni məhkəməyə verdi. Fevral ayında Rusiyaya köçmüşəm, məhkəmə məni may ayında axtarışa verib. Mən məhkəməyə gələ bilməyəcəyimə dair əsaslar gətirsəm də, nəzərə alınmadı. Əgər 5-6 maddə pozuntusuyla iş icraata götürülürsə, burada qərəz olduğunu sezirik. Bir məsəl var, "oğru elə bağırdı, doğrunun bağrı yarıldı", təhqir elədi, indi də nə deyib məhkəməyə verir?!

O, bildiyimə görə, həmçinin, rus vətəndaşıdır, bundan başqa, hətta Polşa vətəndaşlığı olduğu da deyilir. O, gəlsin, Rusiyada məni məhkəməyə versin, burada çəkişək.

O, sənədlərdə "Ələkbər qızı" yox, "Ələkbərovna"dır. Deməli, Rusiya passportu ilə məhkəmələrə müraciət etməsi açıq-aydın ortalığa çıxır.

Bunlar hamısı 60 yaşlı bir qadının işidir. Səbəb də münasibətim korlandığı köhnə dostlarımla barışmağımdır. O da bunu götürə bilmədi. Bununla da məni məhkəməyə verdirdi. Xalq artistini qabağa verib, məndən qisas alacağını düşünür. Mənim Bakıda yaşamadığımı deyənlərə səslənirəm: Mənim guya Ana Yurdum Bakı idimi ki?! Azərbaycanın bütün oliqarxları hamısı Moskvada - mən yaşadığım yerdə yaşayır", - deyə müğənni qeyd edib.

Müğənni daha sonra deyib:

"Xalq artistini mənim əleyhimə qaldıran həmin 60 yaşlı müğənniliklə məşğul olan amma bu sahədən xəbəri olmayan özünə oxşayan başqa birini haqqımda danışdırır. O da guya Moskvada ucuz yerlərdə toy oxuduğumu bildirir. Mənə məkanın ucuz olub-olmamasının nə dəxli var, pul danışılıb, razılaşdırılır. Tiktok-da ucuz məkan məsələsini mənim ayıbım kimi səsləndirir. Əsl ayıb, rəfiqəsinin ərini içirdib, evə salıb uşaq peydahlamaqdır. Sakitləşsin, əks təqdirdə, gələn dəfə həmin prosesin necə dəqiqliklə olmasını mətbuata danışacağam".

# 5695 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər