"Açıq qapı" günündə biletlər satılıb? - Açıqlama

"Açıq qapı" günündə biletlər satılıb? - Açıqlama
28 mart 2022
# 16:00

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 27 mart tarixində teatrlarda "Açıq qapı" günü elan olunub, lakin sosial şəbəkələrdə bir sıra teatrlarda, o cümlədən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həmin gün üçün bilet satışının olduğu və yer məhdudiyyəti ilə əlaqədar adamların teatra buraxılmaması ilə bağlı narazılıqlar yer alıb.

Sözügedən hadisə ilə bağlı Akademik Milli Dram Teatrından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, teatrda bilet satışına cavabdeh iticket.az saytıdır: "Teatrın aylıq repertuarı qaydaya uyğun olaraq bilet satışı üçün iticket.az saytına və teatrın kassasına həvalə olunur. 27 mart Beynəlxalq Teatr Günü münasibəti ilə təşkil olunan “Açıq qapı” günü ilə əlaqədar Akademik Milli Dram Teatrına təxminən 800 nəfər üz tutmuşdu. Əlbəttə, sevindirici hadisədir ki, insanlar teatra bu qədər maraq göstərirlər. Amma nəzərə almaq lazımdır ki, zal 500 nəfərdən bir qədər artıq tamaşaçı tutumuna malikdir. Həmin gün çox az sayda dəvətnaməli tamaşaçı var idi. Zalın yer tutumunun heç 10 faizi deyildi. 500 nəfərdən çox tamaşaçının qarşılanması zamanı hər hansı narahatlığın olması mümkündür, bütün teatrlarda rast gəlinən haldır".


Həmçinin bildirilib ki, nazirliyin bu təşəbbüsü tamaşaçılarda teatra həvəsin yenindən oyanmasına səbəb olacaq və bu kimi anlaşılmaz hallar öz həllini tapacaq.

# 2121 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi

18:38 22 aprel 2026
Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

18:15 22 aprel 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:18 22 aprel 2026
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

16:21 22 aprel 2026
“İliada” dastanına aid nadir papirus parçası tapıldı

“İliada” dastanına aid nadir papirus parçası tapıldı

15:50 22 aprel 2026
Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

14:20 22 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər