Xalq artisti Moskvada keçirilən Çexov festivalında iştirak edəcək

Xalq artisti Moskvada keçirilən Çexov festivalında iştirak edəcək
3 iyul 2021
# 11:30

Moskva Beynəlxalq Musiqi Evinin səhnəsində "Eşq üzərində qurulan dünya" musiqi kompozisiyası təqdim ediləcək.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvada keçirilən A.P.Çexov adına XV Beynəlxalq Teatr festivalında Xalq Artisti Alim Qasımovun ansamblı da iştirak edəcək. Festivalın mətbuat xidmətindən verilən məlumata görə qədim fars şairlərinin misralarına əsaslanan "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evinin səhnəsində eşidiləcək.

Aqnsamblın tərkibində Xalq artisti Alim Qasımov, onun qızı əməkdar artist Fərqanə Qasımova və digər musiqiçilər olacaq.

Mətbuat xidbətindən həmçinin bildiriblər ki, ifa olunacaq muğamların mətn tərcümələrini rus dilində Rimma Kazakova və Yevgeny Yevtuşenkonun tərcümələrində oxumaq mümkün olacaq.

Alim Qasımov Muğam sənətini gətirdiyi xoşbəxt anları Moskva tamaşaçıları ilə bölüşmək gözəl hisdir deyə bildirib.

Xatırladaq ki, 1992-ci ildə yaradılan Çexov Beynəlxalq Teatr Festivalı bu il koronavirus pandemiyası səbəbindən formatını dəyişdirib. İki ay əvəzinə, demək olar ki, ilin sonuna qədər 14 may 2021-ci ilədək davam edəcək. Festivalın dünya seriyasına on ölkədən 12 tamaşa daxil edilib.

Festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Moskva Mədəniyyət İdarəsi tərəfindən dəstəklənir.

# 2951 dəfə oxunub

Oxşar xəbərlər

"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər