Xalq artisti Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

Xalq artisti Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək
30 dekabr 2020
# 16:10

Xalq artisti, pianoçu Murad Hüseynov XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalında iştirak üçün dəvət alıb. Bütün dünyanın maraqla izlədiyi festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunacaq.

Kulis.az xəbər verir ki, Xalq artisti festivalda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək.

Qeyd edək ki, Xalq artisti oktyabr ayında da UNESCO-nun təşkilatçılığı ilə Gürcüstanda təşkil edilən beynəlxalq festivala dəvət almışdı. Murad Hüseynovun “Pekində görüş” festivalında iştirakı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşır.

XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalı COVID-19 pandemiyası səbəbindən proqramına onlayn şoular əlavə edilərək, 2021-ci il 7 yanvar - 4 fevral arasında keçirilməsi planlaşdırılır.

"Qış ehtirası, onlayn sənətlər, klassiklər yaddaşda" adlanan "Pekində görüş" 2021-də 24 ölkədən sənət qruplarının səhnələşdirdiyi 42 tamaşa nümayiş olunacaq. Festivalın rəsmi saytında bildirilir ki, bunların arasında 31 onlayn şou və 11 teatr tamaşası olacaq. Festival ayrıca Qış Olimpiya mövzulu bir sıra mədəni fəaliyyətləri, altı sənət sərgisini və sənət forumlarını da əhatə edəcək.

Bir ay davam edəcək tədbir zamanı hər cümə, musiqi, tamaşalar və rəqslərdən ibarət onlayn şoular pulsuz yayımlanacaq. Şouda nümayiş olunan sənət növləri arasında Ukrayna baleti, Alman operası, İtalyan klassik musiqisi və Fransa, İsrail və Cənubi Koreyanın müasir rəqsləri yer alacaq.

Xalq artisti Murad Hüseynovun festivalda çıxışı ilə bağlı əlavə məlumat mətbuata təqdim olunacaq.

# 3541 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər