Xaçmazda "Xarıbülbül" abidəsi qoyuldu - Foto

Xaçmazda "Xarıbülbül" abidəsi qoyuldu - Foto
24 may 2021
# 13:45

Xaçmazda “Xarıbülbül” abidəsi qoyulub.

Kulis.az Xaçmazın Qıraqlı kəndində Vətən müharibəsindəki şanlı zəfərimizin şərəfinə Qələbə parkı inşa olunub.

Kulis.az xəbər verir ki, istirahət parkında zəfər simvolumuza çevrilən “Xarıbülbül”ə abidə qoyulub. Ulu öndər Heydər Əliyevin doğum günü istifadəyə verilən park sakinlərin və kəndə gələn qonaqların sevimli ziyarət yerinə çevrilib. İstirahət guşəsi ölkəmizin ilk uşaq telekanalı “ARB Günəş”in rəhbəri Məhsim Məhsimovun təşəbbüsü ilə özünə məxsus həyətyanı sahəsində yaradılıb.

400 kvadratmetr ərazisi olan istirahət məkanında dekorativ ağaclar və güllər əkilib, daş cığırların üzərinə oturacaqlar qoyulub. Parkda qoyulan “Xarıbülbül” abidəsinin müəllifi Şıxəli Təhməzovdur. Abidəsinin ətrafına vurulan mərmər lövhələrdə Milli qəhraman Yavər Şahbazov, Birinci Qarabağ savaşının şəhidləri və veteranları, Vətən müharibəsinin iştirakçıları, müharibə və silahlı qüvvələr veteranı, polkovnik Heybət Cabarov, ikiqat paralimpiya çempionu, əməkdar idman ustası İlham Zəkiyev haqqında məlumatlar qeyd olunub. Yerli bələdiyyənin qərarı ilə parkın yerləşdiyi küçə “Qələbə” küçəsi adlandırılıb.

Park sakinlərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı zəfər tariximizin gələcək nəsillərə ötürülməsi və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində önəmli rol oynayacaq.

Parkla tanışlıq zamanı Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, zəfər tariximizin təbliği üçün bu kimi layihələr vacibdir. “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman oğulların xatirəsi daim yaddaşlarda qalacaq. Uzun illərdir işğalda olan torpaqlarımız məhz onların şücaəti nəticəsində azad edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüşlərdə Ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Bütün dövlət qurumları və təşkilatlar tərəfindən Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür”-, deyə Sevil Mikayılova söyləyib.

Əməkdar idman ustası İlham Zəkiyev hər bir şəhər, rayon və kəndlərdə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin qəhrəman döyüşçülərimizə verilən dəyərin göstəricisi olduğunu söyləyib. “Uşaqlığım bu kənddə keçib və mən çox şadam ki, burada belə bir park salınıb, abidə qoyulub. Bu parkda mənim də xidmətlərimi əks etdirən lövhə var.”
Azərbaycanın Milli Qəhramanı Yavər Şahbazovun atası Əlibala Şahbazov da oğlunun doğulduğu kəndə xatirəsinin əbədiləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürümü bildiririb.

Parkın salınmasının təşəbbüskarı olan “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimov bildirib ki, kiçik bir kənd olmasına baxmayaraq, Birinci Qarabağ müharibəsində Qıraqlı dörd şəhid verib. Milli qəhraman Yavər Şahbazov bu kənddə doğulub. Vətən müharibəsində isə iyirmi dörd kənd sakini torpaqlarımızın azadlığı üğrunda döyüşüb.
“Şanlı zəfərmizdən sonra qələbəmizin memarı Ali Baş Komandan, düşmənə diz çökdürən igid oğullarımız və torpaqlarımızın azadlığı uğrunda canını belə əsirgəməyən qəhraman şəhidlərimiz qarşısında özümə borc bildim ki, bu layihəni həyata keçirim. Arzumu həyata keçirməkdə mənə yardımçı olan bütün vətənsevər insanlara öz təşəkkürümü bildirirəm”-, deyə Məhsim Məhsimov bildirib.

Vətən müharibəsində Xaçmazın 50 qəhrəman oğlu şəhidlik zirvəsinə ucalıb. Birinci Qarabağ savaşında isə bu rayondan 228 nəfər torpaqlarımızın azadlığı uğrunda şəhid olub.

# 2239 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər