Türk Tarix Qurumu Mir Möhsün Nəvvabın əsərini çap edib

Türk Tarix Qurumu Mir Möhsün Nəvvabın əsərini çap edib
30 dekabr 2020
# 18:40

Türkiyənin mötəbər elmi qurumlarından olan Türk Tarix Qurumu, XIX-XX əsrlərdə Şuşada yaşayıb-yaratmış şair, rəssam, xəttat, musiqişünas və bir çox adlarla tanınmış alim Mir Möhsün Nəvvabın (1833– 1918) Azərbaycan tarixinin son dərəcə önəmli hadisələrinə işıq tutan “1905-1906-cı illərdə erməni müsəlman davası” əsərini çap edib.

Kulis.az xəbər verir ki, real faktlar əsasında qələmə alınan və ermənilərin 1905-1906-cı illərdə törətdiyi vəhşilik və cinayət əməllərini tam gerçəkliyi ilə əks etdirən bu əsər bir sıra aktual mətləblərə aydınlıq gətirir. Əsəri oxuyarkən ermənilərin günümüzdə də eyni vandalizm siyasətini davam etdirdikləri bir daha təsdiq olunur. Kitabı türk dilində nəşrə hazırlayan Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının rəhbəri Ali Asker və Sivas Cümhuriyyət Universitetinin müəllimi Serap Bozpolat Ayan Şuşanın azad edildiyi tarixi günlərdə belə bir əsərin nəşr edilməsinin son dərəcə əlamətdar hadisə olduğunu qeyd edirlər.

Bilindiyi kimi günümüzdə türklərə qarşı yönəlmiş saxta erməni iddialarına qarşı tarixi həqiqətləri o dövrdə hadisələrə şahidlik edənlərin dilindən, birinci mənbə kimi təqdim etmək böyük əhəmiyyət kəsb edir.

Azərbaycan tarixi ilə bağlı həqiqətləri ortaya qoyan bu cür əsərlər sovet dövründə arxivlərin tozlu rəflərində qalmış və nəşrinə icazə verilməmişdir. Yalnız müstəqillik illərində bu əsərlər geniş oxucu kütləsinə məlum olmuşdur. Nəvvabın bu əsəri ilk dəfə 1993-cü ildə azərbaycanlı alimlər Kamandar Şərifli və Arif Ramazanzadə tərəfindən əski əlifbadan çevrilərək tərtib edilmiş və “Azərbaycan” nəşriyyatı tərəfindən “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı ilə nəşr edilmişdir.

# 2704 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər