Şərif Ağayarın yeni kitabı çap olundu

Şərif Ağayarın yeni kitabı çap olundu
9 iyun 2020
# 10:30

Yazıçı Şərif Ağayarın hekayələr kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, "Qanun" Nəşrlər Evində çap olunan kitab “Arıların səssizliyi” adlanır.

Ş.Ağayar kitabla bağlı təəssüratını belə bölüşüb: “Nəsr yazmağa 2000-ci illərin əvvəlindən başlamışam. Yəni düz iyirmi ildir. 2011-ci ildən isə hekayələr kitabım çap olunmur. Ona görə, düşündüm ki, 20 ildən 20 hekayə seçim və 2020-ci ildə çap edim. Bu, rəqəmlərlə oyun deyil təbii ki, hekayələri toplamağa, təzədən redaktə etməyə, yarımçıqları bitirməyə bir numeroloji bəhanədir. Əvvəl-axır bu hekayələr kitab şəklində çıxmalı idi. Karantindən istifadə edib bu işləri gördüm. Dəstək üçün Qanun Nəşrlər Evinə, xüsusən Şahbaz Xuduoğluna təşəkkür edirəm!”

Kitabda “Şəkil”, “Cəfər əmimin yolları”, “Arıların səssizliyi” kimi tanış hekayələrlə yanaşı yeni nümunələr də yer alıb. Bundan əlavə, yazıçının ilk qələm təcrübələrindən olan “Kərpickəsən kişinin dastanı” və “Xürrəm” uzun hekayələri də yeni redaktədə təqdim olunub.

Kitabı "Əli və Nino" mağazalar şəbəkəsindən və "Qanun" Nəşrlər Evinin kitab mağazasından əldə edə bilərsiniz. Telefonla və onlayn sifariş də mümkündür.

Gallery

# 5233 dəfə oxunub

Oxşar xəbərlər

Qələmi ilə sistemə qarşı çıxandan sonra sistemin qələminə çevrilən şair

Qələmi ilə sistemə qarşı çıxandan sonra sistemin qələminə çevrilən şair

18:37 8 iyul 2026
Şuşadakı abidələrin korlanması qadağan edildi

Şuşadakı abidələrin korlanması qadağan edildi

15:57 8 iyul 2026
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”yə dəyişiklik edildi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”yə dəyişiklik edildi

15:54 8 iyul 2026
Qan içində boğulan dini müharibələr -

Qan içində boğulan dini müharibələr -

15:03 8 iyul 2026
Dünyanı silkələyən kitablar indi toz basmış rəflərdədir – 10 unudulmuş roman

Dünyanı silkələyən kitablar indi toz basmış rəflərdədir – 10 unudulmuş roman

15:00 8 iyul 2026
Bu təmsillər uşaqlar üçün deyilmiş... - Onun əsərləri niyə "təhlükəli" idi?

Bu təmsillər uşaqlar üçün deyilmiş... - Onun əsərləri niyə "təhlükəli" idi?

14:56 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər