Son 10 ilin ən çox gəlir gətirən qrupu

Son 10 ilin ən çox gəlir gətirən qrupu
23 noyabr 2019
# 13:41

Amerikanın “Pollstar” nəşrinin açıqlamasında İrlandiyanın “U2” rok qrupu son 10 ildə dünya üzrə ən çox gəlir gətirən musiqi kollektivi kimi göstərilib.

Çap olunan məlumatda qrup karyerası boyu ümumilikdə 1,038 milyard dollar qazanıb. Bu məbləğ ilin sonuna qədər daha da arta bilər, çünki “U2” hazırda Avstraliya, Yeni Zelandiya və Asiya ölkələrinə qastrol səfərindədir.

Siyahıda ikinci yeri 929 milyon dollarlıq gəlirlə Britaniyanın “The Rolling Stones” rok qrupu tutur. Britaniyalı Ed Şiran isə Mik Caggerin kollektivindən çox da geri qalmayaraq 922 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

Onluğa düşən yüksək gəlir əldə edən ifaçılar amerikalı müğənnilər Teylor Svift (899 milyon) və Beyonsedir (857 milyon). Daha sonra siyahıda “Bon Jovi” rok qrupu (836 milyon), “The Beatles” qrupun yaradıcısı Pol Makkarti (813 milyon), britaniyalı “Coldplay” (731 milyon), amerikalı Brüs Sprinqstin (729 milyon) və britaniyalı Rodcer Uoters (702 milyon) gəlir. //azertag//

# 3711 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər