Şəhid ailəsindən borcunu istəyən şirkəti qınamalıyıqmı?

Şəhid ailəsindən borcunu istəyən şirkəti qınamalıyıqmı?
25 may 2021
# 11:14

Şəhid ailəsinə və qazilərə dəstək məsələsi qarşımızda humanist bir lövhə açmaqla yanaşı, ürəkbulandıran bir fon da yaratdı. Təəssüf ki, bu ad altında saxta əzələ nümayişi, saxta rəqabət də oldu. Qara piar yaradaraq məqsədinə kəsə yolla çatanları da gördük.

Son günlər elektron malların satışı ilə məşğul olan şirkətlərdən biri şəhid ailəsinin, daha doğrusu şəhidlə qohum olan ailənin borcunu geri istədiyi üçün cəmiyyət tərəfindən birmənalı daş-qalaq olundu.

Bəli, şəhid, şəhid ailələri cəmiyyətin həssas məqamıdır. Bu mövzu mənəvi dünyamızın titrək yeridir.

Lakin “şəhid ailəsi” sözü bu gün silaha çevrilib şirkətlərə, qurumlara, nüfuzlu şəxslərə tuşlanmamlıdır.

Özəl şirkətlərin maddi dayağı əhali olduğuna görə cəmiyyətdə yaradılan istənilən kütləvi fikrə əyilmək zorunda qalır. Qaragüruhun istənilən tələbinə boyun əyir.

Daha bir incə məqam budur ki, şəhid ailələrinə dəstək, qazilərə maddi yardım mənəvi məsələdir. Biz heç bir özəl təşkilatı, heç bir fərdi cəmiyyətin həssas nümayəndələrinə maddi yardım etmədiyinə görə topa tuta bilmərik. Ən yaxşı halda qınaya bilərik. Qınaq kütləvi hal aldıqda isə, bu, artıq linçə çevrilir. Mənəvi borcun maddi müstəvidə görünməməsi linç doğurmamalıdır. Cəmiyyətin bu mövzuda kütləvi şəkildə qınaya biləcəyi bir ünvan varsa, o da dövlətin bu işə məsul etdiyi qurumlar və təşkilatlardır.

Şəhid ailəsi, şəhid, qazi mövzuları heç bir halda silaha çevrilməməlidir. Silah humanizmə xidmət etmir, o, kimin əlindədirsə, onun işinə yarayır.

Hər bir şirkətin, təşkilatın, qurumun şəhid ailəsinə, şəhid ruhuna ən böyük xidməti öhdəsinə götürdüyü işi vicdanla yerinə yetirməsidir. Yəni, xidmət etdiyi sektorda vicdanla çalışmasıdır.

Misal üçün, texniki yağla şirniyyat bişirən bir şirkət 50 şəhid ailəsinə sovqat göndərməklə yaxşı şirniyyat şirkətinə çevrilmir. Eyni zamanda, faizləri ilə xalqın dizini yerə vuran hansısa “telekom” şəhid ailəsinin borclarını silməklə nümunəvi şirkət olmur.

Biz hər birimiz öz işimizdə müsəlləh əsgər olduğumuz halda şəhidin ruhu da şad olacaq, şəhid ailələrinin də maddi problemləri olmayacaq.

Şəhid ailələrinin, qazilərin fərdi problemlərinə gəlincə, bu problemin həlli üçün müxtəlif dövlət orqanları, fondlar fəaliyyət göstərir.

Şəxsi təşəbbüs isə adından göründüyü kimi şəxsi təşəbbüsdür: olsa nə yaxşı, olmasa, heç bir cavabdehlik daşımır və belə bir öhdəliyi yoxdur.

Buna görə, heç kimi söymək, alçaltmaq, daşlamaq və linç eləmək olmaz.

# 3222 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanı fəth edən "Agent 007"nin müəllifi - Ceyms Bond obrazı necə yarandı?

Dünyanı fəth edən "Agent 007"nin müəllifi - Ceyms Bond obrazı necə yarandı?

12:00 12 avqust 2026
Nazim Şahinin "13-cü Dua"  adlı fərdi sərgisi açılacaq

Nazim Şahinin "13-cü Dua" adlı fərdi sərgisi açılacaq

11:30 12 avqust 2026
III Beynəlxalq Opera Festivalı keçiriləcək

III Beynəlxalq Opera Festivalı keçiriləcək

11:05 12 avqust 2026
Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı

Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı

18:00 11 avqust 2026
“Ritm” rəqs qrupu  Fransada beynəlxalq folklor festivalında

“Ritm” rəqs qrupu Fransada beynəlxalq folklor festivalında

17:30 11 avqust 2026
Məşhur küçə rəssamı Britaniyanın dövlət büdcəsinə zərər vurdu

Məşhur küçə rəssamı Britaniyanın dövlət büdcəsinə zərər vurdu

16:30 11 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər