Salam Sarvan və şivən salan qələmçilər                       

Salam Sarvan və şivən salan qələmçilər                        
15 may 2020
# 16:49

Kulis.az Üzeyir Əlizadənin “Salam Sarvanın qeyri-səlis poetik nəzəriyyəsi” yazısını təqdim edir.

Salam Sarvan hələ XX əsrin 90-cı illərində qeyri-səlis ədəbi nəzəriyyəyə müəlliflik edərək, poeziyasında uğurla sınaqdan keçirib isbat etdi ki, işığın içərisindəki 7 rəngdən əlavə rənglər arası fərqli və oxşar rəng tonları mövcud olduğu kimi fikirlər, deyimlər arası əlaqələr də çox saylı məna çalarları ilə min illik yol bir addımla rabitələnə bilər.

Şeiriyyatda ənənəvi mövzu və süjet arası nizam ardıcıllığını, qafiyə oyunbazlığını poeziya nümunəsi olaraq oxucuya sırımaq istəyənlərə öz poetik üslubu ilə tutarlı cavab verdi. Oxucunun hər əlinə qələm alıb “mən də şeir yaza bilirəm” deyənlər tərəfindən aldanılmaması üçün mövzu şivənçiliyinə soyuqqanlılıq, süjet bəhanəçiliyinə soyuqbaşlılıq, mənasız frazalara etinasızlıq, fəlsəfi uydurmaçılıqlara laqeydlik mesajını verdi.

Salam çoxdan ustad titulunu qazanmış brend bir markadır ədəbiyyatımızda. Yorulmadan, həvəslə, birnəfəsə oxunma keyfiyyətliliyi var onun şeiriyatında.

Müşahidəçi düz bucaqdan baxanda obyekt görünməz olur. Müşahidəçi obyekti hərtərəfli görmək istədiyi halda müəyyən yerdəyişmə edərək görünmə bucağı yaratmalıdır. Bu mənada Salam oxucuyla lazım olan bucaqda görüşməyi bacarır.

Yaradıcılığındakı dinamikliklə oxucusunu düz bucaq istiqamətində saxlamır, şeiriyyatının hərəkətliliyilə şeir və oxucu arasında görünmə bucağı əmələ gətirərək baxış trayektoriyasını genişləndirir. Ən qabarıq misralarında belə qəribə bir həzinlik, ən sakit deyimlərində hayqırtı, ilkin olaraq səthi görünə bilən ifadələrində isə dərin mənalar gizlənir. Düşüncə, daxili axtarış, gedişat qanunları, ölçü və həqiqət qarşısında oxucusunu aciz qoymur. Bəzi kütbeyin qələm adamlarının nihilizm kimi dəyərləndirdikləri fikirlərə cavab olaraq bildirim ki, Salam yaradıcılığında həyatın fanilik mahiyyəti yaşam prinsipinə çevrilmir. S.Sarvanın şeiriyyatı təkrar olunmaz dərəcədə mükəmməldir. Təfəkkürünün çoxqütblülüyü və idrakının hüdudsuz olma şansından kifayət qədər məharətlə yararlana bilir.

Salam ədəbiyyat meydanına maraqlı, yeni üslubla, fərqli qəliblə atılaraq Azərbaycan poeziyasında istisnasız söz hüququna sahib oldu. Yeni bir yol açdı arxadan gələnlər üçün. Bu gün o yolda kifayət qədər qələmə, sözə iddialılar yürüşü görünür. Müəllimlik mahiyyətinin əsl mənası ondadır ki, arxasınca gələnlərə yol göstərib ardınca yürütməyi bacarsın. Bu mənada Salam müəllimlikdə də bəxti gətirmiş şairdir.

“Heykəl tənhalığı” şairin ən son çap olunmuş şeirlər kitabının adıdır. Şair iki sözlük ifadəyə tək müəlliflik eləmir, həm də müdriklik səlahiyyəti həkk edir. Ömrünə, yaşamına ad verir, məna verir.

Özləri yazıb özləri oxuyan, oxucu möhtaclığından əziyyət çəkən, amma “mənim də oxucularım var” deyən şivənçi qələmçilər xisləti Salama yaddır. Salam oxucusunun qabağına qaçmır, digərlərindən fərqli olaraq qələminin gücü ilə oxucusunu yanına gətirməyi bacarır. Zəhlətökən, mənasız, məntiqsiz yazıları ilə günaşırı çap olunan ədəbi postlara iddialı boşboğazlara ironik gülüşlə mövqe bildirir.

Şeirlərində misralar bəzən qoşalaşıb mühafizəkarlaşırlar, öz mənalarının uğurunu digər bəndlərlə, misralarla bölüşmək istəmir. Gözlənilməz halda araqarışdıran, katalizator mövqeli misralarla qarşılaşmağın da ayrı bir ləzzəti olur şairin şeirlərində. Şeirinin başına müsibətlər açıb oxucusuna zövqi-səfa verməsini hələ demirəm.

Salam təfəkkürünün qüdrəti ilə sözü istənilən formaya sala bilir, sanki illüzionist, sehrbaz fəndlərlə davaranış nümayiş etdirir. Hiss və duyğularına həyatilik verə bilir. Şərti bənzətmələr Salamın əlində su içim kimi sadə bir şeyə çevrilir. Salam bir misrayla da şeir yaza bilmək qüdrətinə malikdir.

Ən maraqlı məqamlarından biri də budur ki, bəzən bəndləri, misraları təhlilə tabe olmaq xassəsini unudub dirəniş göstərir, ərköyünlülük nümayiş etdirir.

Sonda olmuş bir əhvalatı xatırlamağım lap yerinə düşdü.

Mötəbər məclislərin birində dostlardan biri mənə bir bənd dedi:

İndi iş işdən keçib

Olan olub deyirlər

Sən məni öldürəndə

Görən olub deyirlər

Ardınca onun müəllifini soruşdu. Mən şeiri ilk dəfə eşitsəm də tərəddüd etmədən dedim: Salam Sarvan!

Yanılmamışdım.

Bax budur bayaqdan Salam barədə demək istədiyim ən böyük həqiqət: onun özünəxas dəsti-xətti, üslubu və marka tanınma nişanı.

# 4001 dəfə oxunub

Oxşar xəbərlər

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

18:48 26 yanvar 2026
Televiziyalara xəbərdarlıq edildi - Səbəb

Televiziyalara xəbərdarlıq edildi - Səbəb

17:51 26 yanvar 2026
Paşinyan musiqi qrupu yaratdı

Paşinyan musiqi qrupu yaratdı

17:17 26 yanvar 2026
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

16:31 26 yanvar 2026
“İkinci həyat”  bədii layihəsi təqdim olundu

“İkinci həyat” bədii layihəsi təqdim olundu

16:05 26 yanvar 2026
Kamera qarşısında özünü “şah” sayanlar  - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

Kamera qarşısında özünü “şah” sayanlar - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

16:00 26 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər