Psixoloq sosial şəbəkələrin yaratdığı təşvişdən danışdı: “Çox təhlükəli vəziyyətdir”

Psixoloq sosial şəbəkələrin yaratdığı təşvişdən danışdı: “Çox təhlükəli vəziyyətdir”
12 yanvar 2021
# 10:45

Votsap hesablarındakı şəxsi məlumatların oğurlanması ilə bağl yayılan xəbər sosial şəbəkələrdə insanların təlaşına səbəb olub. Hətta neçə-neçə insan Votsap istifadəsindən imtina edib.

Kulis.az mövzu ətrafında psixoloq Fərqanə Mehmanqızının fikirlərini öyrəndi. Psixoloq hesab edir ki, insanların sosial şəbəkə ilə əlaqəli təlaşlarının kökündə əsasən kütlə psixologiyası dayanır:

“Bu ilk növbədə kütlə psixologiyasından irəli gələn məsələdir. Biri küyə düşəndə digərlərini də təşvişə salır. İkinci bir tərəfdən də insanlar özəllərini paylaşmağı sevmirlər və bu cür xəbər onlar üçün xoşagəlməzdir. Təbii ki, hər kəsin məntiqli bir səbəbi var. Amma özəlini paylaşmağı istəməməklərinə baxmayaraq, bu gün gündəmi insanların şəxsi məlumatlarını öyrənən müəyyən proqramlar zəbt edib. Məsələn, başqalarına aid votsap yazışmalarını rahatlıqla oxumaq üçün hazırlanmış xüsusi proqramlar köçürürlər telefonlara. Bu da o deməkdir ki, öz özəlini paylaşmağı sevməyən insan başqasının özəlinə müdaxilə etməkdə maraqlı olur. Bu gün insanlar, əslində, tam olaraq nədən qorxduqlarını belə bilmirlər. Əgər sakit başla oturub dinləsələr, detalları oxusalar əslində bu qorxu və təşvişə də gərək qalmayacaq”

F.Mehmanqızı onu də qeyd edir ki, bu gün insanlar real həyatdan daha çox virtual aləmdə olmağa üstünlük verirlər və bu üstünlüyün nəticəsi insanın real həyatda davranışlarına ciddi zərbə vurur:

“Virtual aləm bizi real həyatdan qaçırtmaq üçün bir maskadır. Orada insanlar özünü “like”larla, şərhlərin sayı ilə “bəli mən bu cəmiyyətin üzvüyəm” deyə bilir. Amma unutmayaq ki, nə olur-olsun bir gün hökmən insan arxasında dayandığı maskanı çıxardacaq. Bir az diqqətli olsaq, görəcəyik ki, kimin həyat hekayəsi hardan başlayır. Kim realdır, kim virtual. Bu gün insanlar virtual həyata elə aludə olublar ki, real olduqlarını unudublar. Məsələn, qadınların əksəriyyəti uşaqları ilə məşğul olmurlar. Amma bütün günü sosial mediada özlərini yaxşı ana yaxşı, həyat yoldaşı olaraq göstərməyə çalışırlar. Çox təəssüf ki, virtual aləm real həyatdan daha üstün olub. Votsap və başqa sosial şəbəkələrdə insanlar sanki hisslərini də gizlədə bilir. Real emosiyalarının əvəzinə stikerlərdən istifadə edirlər. Bu, artıq sən deyilsən. Sən artıq özünü öz sözlərinlə ifadə etməkdə “kasıblayırsan”. Hər şeyə bir əvəz tapıb qoyduqları üçün insanlar real hisslərini itirir. Emosiyalarını göstərə bilmirlər. Emosiyalarını göstərə bilmədikləri üçün də artıq real həyatda davranışlarını, bədən dilini unudurlar. Ən dəhşətlisi isə insanlar nitqi unudurlar. Çünki sosial platformalarda əsasən fikirlər yazışmalarla ifadə olunur.

Reallıq hissini itirdiyi üçün bu gün sosial şəbəkələrlə bağlı yayılan xəbərlər insanlarda təşvişi körükləyir. O qədər aludəyik ki, Feysbukun, Votsapın və öyrəşdiyimiz digər sosial şəbəkələrin çökməsi, tamamamilə sıradan çıxması xəbərlərinə dünyanın sonu kimi baxırıq. Bu insanlıq üçün çox təhlükəli vəziyyətdir”.

# 3723 dəfə oxunub

Oxşar xəbərlər

“15 Sentyabr – Bilik Günü”  adlı sərgi istifadəçilərə təqdim olundu

“15 Sentyabr – Bilik Günü” adlı sərgi istifadəçilərə təqdim olundu

18:26 15 sentyabr 2026
“Emmi” mükafatı rekordlarla yadda qaldı

“Emmi” mükafatı rekordlarla yadda qaldı

17:30 15 sentyabr 2026
Van Qoqun 88 əsəri sərgiləndi

Van Qoqun 88 əsəri sərgiləndi

17:00 15 sentyabr 2026
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

16:54 15 sentyabr 2026
Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

16:36 15 sentyabr 2026
“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

16:30 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər