Kitab sərgisi

Koronavirusa yoluxan şair vətəndaşlara çağırış etdi: "Məsuliyyətsizlik etmişəm"- Video

Koronavirusa yoluxan şair vətəndaşlara çağırış etdi: "Məsuliyyətsizlik etmişəm"- Video
13 iyun 2020
# 13:50

“Məsuliyyətsizlik etmişəm, virusa yoluxmuşam”

Kulis.az xəbər verir ki, bu sözləri koronavirusa yoluxan şair Şəhriyar Del Gerani APA TV-nin suallarını yerində cavablandırarkən bildirib.

Şair müalicə prosesindən bəhs edərkən bildirib ki, hazırda olduğu xəstəxanada bu istiqamətdə çox ciddi işlər görülür. O, həmçinin insanları bu məsələdə həssas və məsuliyyətli olmağa səsləyib:

“Mən ilk gündən bu virusa inanmışam, amma məsuliyyətsiz yanaşmışam. Səhv etmişəm və xəstələnmişəm. Bu virusun ilkin simptomları qızdırma, iliklərdə kəskin ağrı, öskürək, boğulmadır. Bunu insan orqanizmində açıq hiss edə bilir. Amma yoluxduqca bu virus özü-özünü yeniləyir və formasını dəyişməyə başlayır. Ona görə də hər orqanizm öz immun sisteminə görə qarşılayır bu virusu. Məndə çox şükür, ağır dövrlər geridə qaldı. Çox faciəvi şəkildə keçirtmədim bu xəstəliyi. Müalicəm davam edir. Bir neçə gün sonra yəqin ki, yenidən məni testdən keçirəcəklər. Testin cavabından asılı olaraq qərar veriləcək. Ya evə gönədiriləcəm, ya da qalıb müalicəmi davam etdirəcəm. Çox ağır xəstələr də gördüm burda. Boğularaq öləni də oldu. İki gün əvvəl ölümünə şahid olduğum insanlar oldu. Buna inanmaq inanamamaq kontekstində baxmasınlar. Mən inanan və inanmayan bütün insanlara burdan çağırış edirəm ki, öz sağlamlıqlarının qayğısına qalsınlar . Biz özümüzü qorumaqla dövlətimizə, də özümüzə də kömək olaq. İnanmasaq belə mədəni olaq. Mənim təvəqqem budur.”

# 5223 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər