Cəfər Cabbarlı həftəsi keçiriləcək

Cəfər Cabbarlı həftəsi keçiriləcək
19 noyabr 2019
# 12:40

Noyabrın 23-dən 30-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı Həftəsi" keçiriləcək.

APA-nın məlumatına görə, dövlət sifarişi ilə Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları hazırlanıb.

Tamaşaların nümayişi Bakı şəhərində nəzərdə tutulub.

Qeyd edək ki, "Cəfər Cabbarlı Həftəsi" Azərbaycan Respublikasının Prezidentinin 17 dekabr 2018-ci il tarixində "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" imzaladığı Sərəncamın icrasını təmin etmək məqsədilə keçiriləcək.

# 3169 dəfə oxunub

Oxşar xəbərlər

Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:08 4 iyul 2026
Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

14:10 4 iyul 2026
Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

13:10 4 iyul 2026
Təbrizdə Bulud Qaraçorlunun 100 illiyi münasibətilə tədbir təşkil olundu

Təbrizdə Bulud Qaraçorlunun 100 illiyi münasibətilə tədbir təşkil olundu

12:28 4 iyul 2026
Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

18:00 3 iyul 2026
Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

17:56 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər