Bakıda özbək şairinin kitabı çap olundu

Bakıda özbək şairinin kitabı çap olundu
26 oktyabr 2020
# 10:08

Özbək şairin “Leyli ağaclar” kitabı Bakıda Azərbaycan dilində çap olunub.

Kulis.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə müasir özbək ədəbiyyatının tanınmış nümayəndəsi, “Kitab dünyası” qəzetinin baş redaktoru, şairə Xasiyyət Rüstəmin “Leyli ağaclar” adlı kitabı Bakıdakı “Avropa” nəşriyyatında Azərbaycan dilində nəfis tərtibatla işıq üzü görüb.

Əsəri özbəkcədən uyğunlaşdıranlar Afaq Şıxlı, Eluca Atalı və Şermurad Sübhandır. Nəşrdə Xasiyyət Rüstəmin həm şeirləri, həm də müxtəlif illərdə yazdığı gündəliyi öz əksini tapıb.

Nəşrə Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şairə Afaq Şıxlı “Ön söz” yazıblar. Kitabın redaktoru şair Əkbər Qoşalıdır.

Qeyd edək ki, Xasiyyət Rüstəmin əsərləri dünyanın çoxsaylı xalqlarının dillərinə tərcümə olunub. Şairin “Leyli ağaclar” adlı kitabına onun müxtəlif illərdə yazdığı şeirlərdən və “Gündəliy”indən seçmələr daxil edilib.

Xasiyyət Rustəm Azərbaycan sevdalısı və ölkəmizin yaxın dostudur. O öz yazıları ilə Azərbaycanın haqq işinə dəstək verir, Ermənistanın Azərbaycana təcavüzü və işğalçılıq siyasətinə qarşı çıxır, bu mövzuda ilk əsərini də qələmə alıb. Demək olar ki, qəzetin hər nömrəsində Azərbaycan ədəbiyyatına yer ayrılır.

AMM-dən verilən məlumata görə, gələcəkdə “Leyli ağaclar” kitabının Bakıda və Daşkənddə təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

# 3109 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər