Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
2 iyul 2020
# 18:41

“Gilavar” Azərbaycan Foto Klubun təşkilati dəstəyi ilə keçirilən növbəti beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazə ilə keçirilən “Azerbaijan Photo Salon 2020” adlı fotomüsabiqədə ilk dəfə çox sayda ölkə və iştirakçı təmsil olunub. Müsabiqəyə dünyanın 74 ölkəsindən 854 fotoqraf tərəfindən 12 min 844 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan və Şimali Makedoniyadan olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov da yer alıb.

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçirilən sayca beşinci beynəlxalq fotomüsabiqədir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 125 mükafata 39 ölkənin 124 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov, Kərim Abbasov, Nurlan Tahirli və Əziz Kərimov qızıl medal, Aleksandr Firstov xüsusi lent, Valeriy Xlızov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 6 mükafat əldə olunub”.

Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son üç ildə beynəlxalq fotomüsabiqələrdə iştirak edən fotoqrafların və qazanılan mükafatların sayı artır./azertag.az/

# 3036 dəfə oxunub

Oxşar xəbərlər

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

17:32 6 aprel 2026
Yalçın Küçük vəfat etdi

Yalçın Küçük vəfat etdi

16:27 6 aprel 2026
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

15:53 6 aprel 2026
"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

15:00 6 aprel 2026
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

14:30 6 aprel 2026
Paradiqma.az saytı təsis olundu

Paradiqma.az saytı təsis olundu

14:27 6 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər