Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq

Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
11 avqust 2020
# 18:46

Avqustun 12-də Moskva Dövlət Şərq Muzeyində israilli rəssam Rami Meirin “Bir xalqın tarixi – bütün dünya üçün” adlı ilk fərdi sərgisi təqdim olunacaq. Sərgidə təsviri sənət və ağacdan hazırlanmış heykəltəraşlıq nümunələrindən ibarət 31 iş nümayiş etdiriləcək.

Ekspozisiyada rəssamın XIX əsrdə və XX əsrin əvvəlində Qafqazın dağ yəhudilərinə həsr olunmuş əsərlərinin nadir seriyası nümayiş etdiriləcək. Özü dağ yəhudisi olan Rami Meirin bu silsilə əsərlərinin məqsədi təsviri sənət vasitələrinin köməyi ilə dağ yəhudilərinin həqiqi tarixini canlandırmaq, bu tarixi öz xalqı üçün qoruyub saxlamaq, dağ yəhudilərinin mədəniyyətini bütün dünyada tanıtmaqdır.

Rami Meir “Dağ yəhudiləri” silsiləsi üzərində işləyərkən əsl tarixçi kimi araşdırma aparıb, xalqının tarixini zərrə-zərrə bərpa edib. O, çoxsaylı kitablar, köhnə qəzetlər, inqilabdan əvvəlki dövrə aid açıqcalar, qədim ailə fotoşəkillər, doğmalarının və dostlarının söhbətləri əsasında dağ yəhudilərinin məişəti, ənənələri, peşələri, milli geyimləri barədə tam mənzərə yaradıb. Dağ yəhudilərinin geyimində istifadə etdikləri parçaları, onların teksturasını və ənənəvi rənglərini, bəzək əşyalarını və dini simvolları dərindən öyrənmiş rəssam bütün bu bilikləri kətan üzərinə köçürüb.

Sənətşünaslar və ekspertlər “Dağ yəhudiləri” seriyasının çox yüksək bədii dəyərə malik olduğunu qeyd edirlər.

İsrailli rəssam Rami Meir kolleksiyaçı, Rusiyanın Dağ Yəhudi Rəssamları İttifaqının sədridir. Azərbaycanda doğulub. Hazırda Moskvada yaşayır və orada işləyir. Portret, peyzaj, animalistika, tarixi və dini təsviri boyakarlıq janrlarında rəsmlər çəkir. Bir neçə rəsm texnikasında istifadə edir. Rami Meirin çoxsaylı əsərləri Rusiya, ABŞ və İsraildə şəxsi kolleksiyalarda saxlanır.

# 3369 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər