Azərbaycan və Özbəkistan arasında onlayn musiqi müsabiqəsi keçiriləcək

Azərbaycan və Özbəkistan arasında  onlayn musiqi müsabiqəsi keçiriləcək
26 avqust 2020
# 12:43

Bu il sentyabrın 10-dan 18-dək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının Beynəlxalq onlayn müsabiqəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, müsabiqə hər iki ölkənin milli konservatoriyaları, habelə Özbəkistanın “SOQDİANA” Xalq çalğı alətləri ansamblının iştirakı və dəstəyi ilə reallaşdırılır.

Müsabiqənin təşkilində əsas məqsəd milli musiqi alətlərinin təbliği, gənc musiqiçilərin yaradıcılığına dəstək və onların peşəkar ustalığının, ifaçılıq mədəniyyətinin təkmilləşdirilməsi, istedadlı ifaçıların üzə çıxarılması, ümumilikdə isə xalq musiqisinin təbliği və daha da populyarlaşmasına dəstək görsətməkdir.

Müsabiqə hər iki ölkənin xalq simli musiqi alətləri üzrə tar-kaşkar rübabı, kamança-gicak və ud musiqi aləti üzrə keçiriləcək. Hər iştirakçı ifa etdiyi simli alətdə milli musiqi səsləndirəcək.

Hər nominasiya üzrə qaliblərə AMM-in fəxri diplomları və pul mükafatları təqdim olunacaq.

İştirakçıların çıxışı Azərbaycanın və Özbəkistanın tanınmış mütəxəssislərindən təşkil olunmuş 5 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqədə konsert təşkilatları, teatr, radio və televiziya qurumlarında çalışan ifaçılar, ali və orta ixtisas musiqi məktəblərinin tələbələri iştirak edə bilərlər. İştirakçıların yaşı 16 yaşdan 35 yaşa qədər müəyyən edilib.

Sentyabrın 18-də Beynəlxalq musiqi günündə müsabiqəyə yekun vurulacaq və qaliblərin iştirakı ilə onlayn qala-konsert keçiriləcək.

# 2549 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər