Azərbaycan əsilli fransız rejissor beynəlxalq film festivalında mükafatlandırıldı

Azərbaycan əsilli fransız rejissor beynəlxalq film festivalında mükafatlandırıldı
21 avqust 2020
# 10:24

Azərbaycan əsilli fransız aktyor, rejissor və ssenarist Robert Hossein Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, pandemiyaya görə Robert Hosseinin mükafatının təqdimatı onun hazırda yaşadığı Vittel kommunasında təşkil edilmiş rəmzi mərasimdə təqdim olunub.

Anası ukraynalı pianoçu, atası azərbaycanlı olan 92 yaşlı R.Hossein 20-dən çox böyük tamaşanın müəllifidir. Onun 1978-ci ildə Fransa paytaxtının İdman Sarayında təqdim olunan “Paris Notre Dame” tamaşası böyük uğur qazanıb. Bu tamaşa 580 mindən çox izləyici toplayıb.

Kiyev Beynəlxalq Molodist Film Festivalı Ukraynanın ən mühüm festivallarından biri hesab olunur. 1970-ci ildən fəaliyyət göstərən bu festivalda qısa və uzun metrajlı, eləcə də tələbə filmlərinin premyerası təqdim olunur./azertag.az/

Gallery

# 3040 dəfə oxunub

Oxşar xəbərlər

“Zamanın qanadlarında. Vüqar Əli”  kitabının təqdimatı və sərgisi keçirildi

“Zamanın qanadlarında. Vüqar Əli” kitabının təqdimatı və sərgisi keçirildi

13:36 10 aprel 2026
Şou-biznesdə növbəti tarix yazıldı - “Best of Aygun 40”

Şou-biznesdə növbəti tarix yazıldı - “Best of Aygun 40”

13:27 10 aprel 2026
İçərişəhərdə Qala divarının dağılmış hissəsində bərpa işləri aparılacaq

İçərişəhərdə Qala divarının dağılmış hissəsində bərpa işləri aparılacaq

12:44 10 aprel 2026
Sarı Aşıq əslində, haralıdır? - Bir bayatının izi ilə

Sarı Aşıq əslində, haralıdır? - Bir bayatının izi ilə

12:00 10 aprel 2026
Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək

Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək

11:31 10 aprel 2026
AzTV-də yeni serial: "IV Divar"

AzTV-də yeni serial: "IV Divar"

11:03 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər