Arif Məlikovun heykəlinin ucaldılacağı yer məlum oldu

Arif Məlikovun heykəlinin ucaldılacağı yer məlum oldu
4 iyun 2020
# 13:30

Tanınmış bəstəkar, Xalq artisti Arif Məlikovun Bakıda heykəlinin ucaldılacağı yer məlum olub.

Kulis.az xəbər verir ki, bu barədə məlumatı layihənin rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov verib. Onun sözlərinə görə, artıq heykəlin qoyulacağı yer seçilib və təsdiqlənib:

“Heykəl Milli Konservatoriyanın bağında, binanın yaxınlığında ucaldılacaq. Abidə üzərində hələ işə başlamamışam. Gözləyirdim ki, yer təsdiqlənsin ondan sonra layihə hazırlansın. Çalışacağam ki, heykəl orjinal olsun və başqa heykəllərə oxşamasın”.

Qeyd edək ki, ötən il mayın 17-si Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. O, 2019-cu il mayın 9-da vəfat edib və Fəxri xiyabanda dəfn edilib. /report.az/

# 3686 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər