3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif
28 yanvar 2026
# 11:35

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

İşdə oturursan, anan zəng eləyir, "adboy" verib özün geri yığırsan ki, konturu getməsin. Yığırsan, açmır, yığırsan, açmır, yığırsan, açmır, yığırsan, açmır. Bir saniyə qabaq özü zəng eləyib, amma açmır.

Dəli olursan. Deyirsən, ay Allah, mən nə qələt elədim, niyə açmadım zəngi, görəsən, nəsə iş gəldi başına? Havalanırsan.

Yenə zəng eləyirsən, açmır, zəng eləyirsən, açmır. Vatsapdan yazırsan, bir xətt düşür mesaja. Deyirsən, yox, yüz faiz nəsə oldu. Tez taksi sifariş verirsən ki, qaçasan evə. Taksi gəlir, minirsən, sürücüyə deyirsən, tez sür, bu məqam vatsapına üç dəqiqə qırx beş saniyəlik səsli mesaj gəlir anandan.

Açırsan səsi, deyir ki, bəs bu gün Şaban ayının biridir, tez-tez Nas və Fələq surələrini oxu. Hə, üç dəqiqə qırx beş saniyəlik səsdə bunu deyir anan.

Yəni bayaqdan keçirdiyin bütün stresin, həyəcanın səbəbi bu imiş: bu gün Şaban ayının biridir.

Deyirsən ki, yaxşı, ay ana, oxuyaram ikisini də, amma sən bayaqdan zəngi niyə açmırsan?

Deyir, nə vaxt zəng elədin ki?

Lap dəli olursan.

Deyirsən, bayaq özün yığdın, "adboy" verib mən səni yığdım daaaa.

Deyir, yox, mənə zəng gəlməyib.

Deyirsən, Qurana and olsun yığdım, əlli beş dəfə yığdım. Deyir, nə bilim, yığdım, açmadın, çıxdım həyətdə işim var idi, Nas surəsini oxu.

Deyirsən, heç nəəəəə, ay ana, heç nəəə, Bismilləhir-rahmənir-rahimmmmmm, Qul əuzu birabbin-nəsssssss, Məlikin-nəssssss, İləhin-nəssssss....

Təxmini belə olur da. Anan zəng edir, mesaj yazır, bir saniyə gec cavab yazsan, ya zəngi gec açsan, o saniyə içində telefondan 450 kilometr aralana bilər. Yəqin bütün analar belə olur.

# 2027 dəfə oxunub

Oxşar xəbərlər

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

15:00 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər