14 yaşlı qızını qətlə yetirən müqəddəs

14 yaşlı qızını qətlə yetirən müqəddəs
23 may 2024
# 15:00

Kulis.az Rəna Nevzatın "Müqəddəs ana" adlı yeni yazısını təqdim edir.

Ölkədə baş verən məişət cinayətlərinin qurbanları adəti üzrə qadınlar olur. Səbəb də 2024-cü il olmasına baxmayaraq, hələ də qadın ölümləri stabil olaraq qalmaqdadır.

Və təcavüz halları...

Bu gün də bir təcavüz xəbəri ilə açdıq səhəri:

“21 yaşlı Nofəl Rəcəbov (ad və soyad şərti) 2023-cü ildə Sumqayıt bulvarında 14 yaşlı Samirə Həsənova (ad və soyad şərti) ilə tanış olub. Onların arasında sevgi münasibətləri yaranıb.

Uzun görüşlərdən sonra qız oğlanı öz anası ilə tanış edib. Anası da onların sevgisinə əngəl olmayıb və öz razılığını, bir sözlə, qızının “hə”sini verib. Sözlü olan oğlan və qızın görüşləri daha tez-tez xarakter alıb. Məlumata görə, artıq qız 6-cı sinifdən orta məktəbi tərk edib.

Bu görüşlər artıq qızın yaşadığı evdə də baş tutub. Belə görüşlərin birində ana evdə olmadığı zaman oğlan sözlü olduğu 14 yaşlı cinsi əlaqədə olub və onun bakirəliyini pozub.

Bundan xəbər tutan ana hüquq-mühafizə orqanlarına şikayət edib".

***

Hər gün qərbləşmədən, Qərbin əxlaqımızı pozduğundan şikayətlənənlər bu xəbərləri oxuyurlarmı? Xəbərləri varmı? Var! Özü də necə lazımdır. Sadəcə, özlərinə sərf eləyir. Ona görə də üç meymunu oynayırlar.

Qızın 14 yaşı var. 14!

Hə, əlbət ki, burda ən böyük günah ananındır. “Ana” deməyə də dili gəlmir adamın. Bir ana necə 14 yaşlı qızını bir növ peşkəş çəkə bilər hansısa oğlana. O, axı oxumalıdır, təhsil almalıdır, nələrəsə nail olmalıdır. Sonra qərar verə bilər ki, kiminlə evlənəcək.

Bir növ, o ana qızını, onun gələcəyini, arzularını öldürür.

Gəlinciklə oynayan qıza gəlinlik geyindirirlər...

Qeyrət, namus anlayışları bizdə qadınla başlayır, qadınla da bitir.

Məişət cinayətlərinin də sonunda ya qadın, ya da iki kişidən biri ölür.

Deyirlər ki, qadın müqəddəsdir.

Qadın müqəddəsdirsə, 14 yaşlı qızını ərə verən ana kimdir?

Bəli, qadını indiki vəziyyətə gətirən, qurbana çevirən də bu düşüncədir.

Müqəddəslik, ideallaşdırmaq, bir qəlibin içinə salmaq...

Bizdə adamların, sadəcə, geyimi, maşını, evi dəyişir. Düşüncə isə necə var, elə də qalır.

14 yaşlı qızını əvvəlcə peşkəş çəkən, sonra bəkarəti pozulanda şikayət eləyən ana, ən azı, o oğlan qədər günahkardır.

Ən azı!

# 3999 dəfə oxunub

Oxşar xəbərlər

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

22:30 18 iyul 2025
"Nə oldu, Paşinyan?"ı oxuyan müğənni həbs olundu - Səbəb

"Nə oldu, Paşinyan?"ı oxuyan müğənni həbs olundu - Səbəb

18:52 18 iyul 2025
"Xanımlar gərək bilələr ki, Allah kişini üstün yaradıb" - Xəzər TV-yə buna görə xəbərdarlıq edildi

"Xanımlar gərək bilələr ki, Allah kişini üstün yaradıb" - Xəzər TV-yə buna görə xəbərdarlıq edildi

18:20 18 iyul 2025
Sarayevo Film Festivalının münsiflər heyətinin sədri açıqlandı

Sarayevo Film Festivalının münsiflər heyətinin sədri açıqlandı

17:26 18 iyul 2025
"Bir qızın şəklini gizlincə çəkib feysbukda paylaşmaq..." - Metroda baş verən hadisə

"Bir qızın şəklini gizlincə çəkib feysbukda paylaşmaq..." - Metroda baş verən hadisə

14:45 18 iyul 2025
Rayan Qoslinq və Uil Ferrel  tərəf müqabili olacaqlar

Rayan Qoslinq və Uil Ferrel tərəf müqabili olacaqlar

14:43 18 iyul 2025
#
#
# # #