Üzeyir Mehdizadə fenomeni və başqa mətləblər....
19 sentyabr 2011
11:00
“Mədəniyyət” kanalında tez-tez dünyasını dəyişmiş incəsənət və ədəbiyyat adamları haqda portret-proqramlar yer alır.
Əvvəllər Azərbaycan televiziyasında yayımlanan bu prqoramlar indi təyinatına uyğun olaraq “Mədəniyyət” kanalında yayımlanır.
Tanınmış şəxsiyyətlər haqda hazırlanan verilişləri tamaşaçı üçün maraqlı, baxımlı etmək potensialı çoxdur. Amma “Mədəniyyət”də yayımlanan bu verilişlər sovet dövründən qalma klişelərə, standartlara əsaslanır.
Klişelərlə, hansısa şablonlarla isə ortaya normal yaradıcı məhsul qoymaq mümkün deyil.
Keçən günlərdə, aktyor Kamil Məhərrəmov (xatırlamayanlar üçün onun çəkildiyi məşhur filmlərdən birini deyim: “Yol əhvalatı” komediyasında Paşa obrazının ifaçısı), yazıçı İmran
Qasımov, rejissor Tofiq Tağızadə, aktyor Hamlet Qurbanov haqda verilişləri izlədim.
Verilşlərin məzmununu bir-birindən fərqləndirən haqqında danışılan insanların adı, soyadı, peşəsi, yaradıcılığı və həyatı haqqında informativ məlumatlardır. Qalanı isə qəlib
ifadələrdən ibarətdir.
Məsələn:
- “O gözəl insan idi…”
- “Peşəkar idi…”
- “Gözəl ailə başçısı, nümunəvi ata, baba idi…”
- “Sənətdə silinməz iz qoyub…”
- “O hər zaman qəlbimizdədir. Onu heç zaman unutmaq olmaz…”
- “Onun keçdiyi həyat yolu nümunədir…”
- “Səmimi, qayğıkeş insan idi” və s.
Sonra lirik musiqinin müşayiəti ilə kadrarxası statistik, ümumi məlumatlar səslənir.
Qısası, sanki bir məktəblinin inşa yazısını dinləyirsən. Belə tip proqramlarda qəhrəmanın şəxsiyyəti tam açılmır, yaradıcılığının analizi, ümumiyyətlə, araşdırma yoxdur.
Tamaşaçıya həm şəxsiyyət, həm də yaradıcılıq anlamında mütləq ideallaşdırılmış obraz təqdim edilir.
Ola bilməz ki, onun yaradıcılığında zəif, uğursuz nəsə olmasın. Hətta dahilərin belə yaradıcılığı büsbütün şedevrlərdən ibarət deyil axı.
Demirəm ki, onların şəxsi həyatının hansısa məqamları, mənfi cəhətləri ictimaiyyətə mütləq açıqlanmalıdır. Amma şəxsi həyardakı bir hadisə, bir ştrix belə həmin insanı, yaradıcılığını daha yaxşı anlada bilər. Və ya heç olmazsa, həyatından hansısa maraqlı
əhvalatları demək kifayətdir ki, onun xarakteri açılsın.
ANS kanalında İradə İsaqın “Ölümdən 24 saat əvvəl” əvvəl verilişi tanınmış insanların yaradıcılığını yox, həyat hekayətlərini anladır. Amma hər halda müəllif verilişi klişelər üzərində qurmur və hədəfə aldığı mövzunu araşdırır.
Cavanşir xəyanəti
“Space”in “Etiraf” verilişində aparıcı İlham Mirzəyev bu dəfə müğənni Cavanşir Məmmədovu etirafa məcbur edirdi. C.Məmmədov həyat yoldaşına nə vaxtsa etdiyi xəyanəti deyəndə və üstəlik, bunu cəsarət nümunəsi kimi təqdim edəndə heyrətləndim.
Kiminsə xəyanət etməsi hər insanın şəxsi məsələsidir. Amma efirdən özəl bir məsələnin – açıb ağartmağın məqsədi nədir? Hansı mesajı ötürür? Bunu efirə verməklə İ.Mirzəyev hansı örnəyi təklif edir? Ümumiyyətlə, belə etirafı yayımlamaq hansı etik qanunlara uyur
və bu gərəksiz həqiqət kimə lazımdır?
Üzeyir Mehdizadə fenomeni
Üzeyir Mehdizadə fenomendir.
Razilaşmayanlar fenomen sözünə “dırnaq” işarəsini əlavə etsin.
Əgər belə olmasaydı “Xəzər” kanalının “Həyata baxış” proramında beş tanınmış şəxs onu müzakirə etməzdi.
Əslində verilişin mövzusu “müasir musqinin müasir problemləri” idi. Amma hədəfə ən çox tuş gələn Ü. Mehdizadə oldu.
Proqrama dəvət olunan insanların qəzəbini anlayıram. Amma Azərbaycan əhalisinin yarıdan çoxunun Ü.Mehdizadəni dinləməsi faktdır.
Verilşdə kütlə zövqsüzlüyünü qarşısını almaq üçün müxtəlif təklifər səsləndi.
Məktəblərdə musiqi maarfilənməsindən tutmuş mədəniyyətin səviyyəsnin qalxmasına qədər.
Amma vəziyyətə daha obyektiv münasibət verilişə telefonla qoşulan yazar İradə Tuncaydan gəldi. İ.Tuncay ittiham etməkdənsə, səbəbi, insanların yüngül musiqiyə meyl etməsinin köklərini araşdıqarmağı təklif etdi. Ona görə, bəlkə insanların yüngül musiqini
dinləmək ehtiyacı problemlərdən, dərd-sərdən qaçmaq istəyinə bağlıdır.
Avtobusda Motsartın “Rekviyem”inə qulaq asmayacaqlar ki.
Doğrudan da, sosial, məişət, min cür problemi olan sıravi insandan ciddi musiqiyə ciddi münasibət tələb etmək absurddur. Axı o, Pol Qogen kimi seçilmiş, dahi deyil ki, öz varını-dövlətini ciddi sənətə qurban versin və ya yoxsulluqda şah əsərlər yaratsın.
Təbii ki, dövlət, məsul təşkilatlar, rəsmilər ciddi sənəti təbliğ etməyə, tədbirlər görməyə borcludur, hətta televiziyada müəyyən nəzarət mexanizminin olmasını vacib sayıram.
Amma bu gün istədiyin musiqini dinləmək üçün müxtəlif imkanlar var.
İnsanlar ona təklif olunmuş ciddi musiqi və yüngül musiqi qarşısında ikincini seçirsə, onun seçiminə sayğı duyulmalıdır.
Kütlə zövqüylə mübarizə çətindir və bu təkçə bizim yox, qloballaşan dünyanın illərdən bəri dəyişməyən problemidir.
Hansı musiqiyə üstünlük verməsi hər bir insanın daxili tələbat məsələsidir, ona qarşı dözümsüzlük, təhqiramiz münasibət insan haqlarının pozulmasıdır.
Sevda Sultanova

2529 dəfə oxunub
Oxşar xəbərlər
Konsertdə "İsrailli bəstəkar" etirazı
17:19
12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı
16:26
12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı
14:41
12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi
14:09
12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay
13:00
12 dekabr 2024
Xalq artisti vəfat etdi
12:46
12 dekabr 2024