“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub

“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
24 noyabr 2020
# 19:40

Noyabrın 24-də “İrşad” İslam Araşdırmaları Mərkəzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının çəkdiyi “Zorla erməniləşdirmə” sənədli filminin yaradıcı heyətinin son toplantısı keçirilib.

Kulis.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmiş 30 dəqiqəlik sənədli film Cənubi Qafqaz torpaqlarının, xüsusilə Azərbaycan ərazilərinin tarixinin saxtalaşdırılmasından bəhs edir. Ümumiyyətlə, zorla erməniləşdirmə prosesinin əsası 1828-ci ildən Çar Rusiyası və erməni Qriqoriyan kilsəsi tərəfindən qoyulub. Hay ermənilər həmin dövr ərzində Azərbaycanın maddi nemətləri ilə yanaşı, onun tarixi abidələrini, xüsusilə alban (alpan) kilsələrini də mənimsəməyə başlayıblar.

Abır-həyanın nə olduğunu bilməyən həyasız ermənilər tarixi faktları saxtalaşdıraraq qədim Alban dövlətinin guya onlara məxsus olması ilə bağlı yalan məlumatları bu gün də dünyaya yaymaqda davam edirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qalib Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın azad olunması, Vətən müharibəsində xalqımızın qalib gəlməsi həqiqətini heç cür həzm edə bilməyən ermənilər indi də alban kilsələrinin guya Azərbaycan tərəfindən məhv ediləcəyi haqqında əsassız haray-həşir qaldırıblar. Rusiyanın sülhməramlı qüvvələrindən əsrlərdir özlərinin məhv etdikləri alban kilsələrinin qorumasını tələb edirlər.

İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Vətən müharibəsi başlamazdan bir neçə ay əvvəl lentə aldığı 30 dəqiqəlik “Zorla erməniləşdirmə” filmi məhz bu cür ciddi mövzuya həsr olunub. Filmdə aydın görünür ki, hay erməniləri alban kilsəsi xaçlarını dəyişdirir, özünəməxsus təkrarolunmaz memarlıq üslubunda yaradılmış alban abidələrinin təmir adı ilə onları dağıdıb erməni üslubunda tikir, erməni xaçkarlarının xüsusi sexlərdə tirajladıqları xaçdaşlarını və nişan daşlarını Azərbaycan və Gürcüstan ərazilərində - dağ və dərələrdə, işlək yolların, bulaqların kənarlarında torpağa basdırırlar. Bununla da guya ermənilərin qədimlərdə bu yerlərdə yaşamış olduqlarını sübut etməyə cəhd edirlər.

Filmdə, həmçinin məşhur gürcü tarixçisi İlya Çavçavadzenin “Ermənilər və qan ağlayan daşlar” əsərindən də sitatlar gətirilir: “Hay ermənilər yerli albanları qriqoriyanlaşdıraraq bu əraziləri “hayk ölkəsi”nin bir hissəsi adlandırırlar”. Bu qısametrajlı filmdə Kəlbəcərdəki Xudavəng, Xaçınçay sahillərindəki Gəncəsər monastrları, Xocavənd rayonunun Saruşen kəndindəki iki alban məbədi, Ziyarət dağı ətrafındakı digər abidələr, Qəbələ rayonunun Nic kəndindəki Müqəddəs Yelisey adına Sotari kilsəsi və s. haqqında dəyərli məlumatlar verilir. Bu məbədlərdəki alban rəsm və naxışlarının əksəriyyətinin pozulması, özündə alban və qədim türk rəmzlərini əks etdirən xaçların dəyişdirilməsi, alban dövründən qalmış divarlarda tarixi alban izlərini itirmək üçün üzlük daş örtüklə örtülməsi və s. haqqında məlumatlar verilir.

Qeyd edək ki, layihənin rəhbəri İƏT üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının sədri, fəlsəfə doktoru, şərqşünas Fazil Abbasov, filmin ideya müəllifi “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev, ssenari müəllifi Mədəni İrsin Araşdırılması üzrə ekspert Faiq İsmayılov, məsləhətçisi Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobilidir. Azərbaycan dilində çəkilmiş sənədli filmin hazırda rus və ingilis versiyaları üzərində də iş gedir.

# 3472 dəfə oxunub

Oxşar xəbərlər

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər