“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub

“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
16 aprel 2021
# 18:53

Publisist Güntay Gəncalpın “Nadir şah. Avşar dövləti” adlı kitabı növbəti dəfə işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab “Qanun” nəşriyyatında çapdan çıxıb.

Kitab Avşar imperiyasının qurucusu Nadir şahın meydana çıxmağını, yüksəlişini və dövlət başçısı olma macəralarını qaynaqlara dayanaraq anlatmaqdadır.

Avşar boyundan bir gənc olan Nadir heç bir xarici dəs­tək almadan inanılmaz sürətlə aşağıdan dövlətin təpəsinə doğru yüksələr. Səfəvilər sarayı əfqanlar tərəfindən işğal edilmişdir. Ölkə pərişan bir halda qurtarıcı gözləməkdədir. Tam bu gözləntiyə cavab olaraq Oğuz-Avşar boyundan Nadir adlı bir qəhrəman ortaya çıxar. Öncə avşarları öz ətrafında birləşdirib əfqanlara hücum edər. Ölkəni azad etdikdən sonra Səfəvi dövlətini ləğv edib, böyük Muğan Qurultayında Avşar dövlətinin qurulduğunu bəyan edir. Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Daha sonra dini reformlara imza atır.

Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir şah öz mövqeyini müharibələrlə möhkəmləndirir və onun hərbi dühası həmişə onun köməyinə çatır. Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar.

Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması bütün aydınlığı ilə sübut edir ki, Nadir şah orta əsrlər hərb tarixinin ən parlaq simalarından biridir. O, bəşər tarixinin Makedoniyalı İsgəndər, Əmir Teymur kimi sərkərdələrinin Asiyadakı uğurlarını təkrar edərək özünə Asiyanın sonuncu böyük fatehi kimi bir ad qazanmışdı. Bu insanın heyrət doğuracaq fəaliyyəti elə indinin özündə də hərb işinin davamçılarının heyranlıqla öyrəndiyi və müraciət etdiyi qiymətli bir mirasdır. Nadir şah fatehlik və sərkərdəlik əzəməti ilə hərbə yeni məzmun gətirən bir şəxsiyyətdir. O, məğlubedilməzlik simvoluna çevrilməklə hərbi peşəkarlığı ən yüksək zirvəyə çatdıra bilib.


# 3596 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər