"Mədəniyyət" jurnalının növbəti sayı işıq üzü gördü

"Mədəniyyət" jurnalının növbəti sayı işıq üzü gördü
3 may 2021
# 16:30

“Mədəniyyət/Culture” jurnalı mart-aprel nömrəsi ilə oxucuların görüşünə gəlib.

Kulis.az xəbər verir ki, bu nömrədə Zəfərli Novruz əhvali-ruhiyyəsi üz qabığından başlayaraq bütün kontentdə özünü göstərir. Ölkə prezidentinin bayram müraciəti ilə başlayan dərgi Mədəniyyət Nazirinin Novruz təbriki və daha sonra nazirliyin postmüharibə dövrünün fəaliyyətini əks etdirən ən vacib xəbərlərlə davam edir. Zəfər Muzeyinin inşası və nazirliyin vətənpərvərlik mövzusunda müsabiqəsinin qalibi Akif Azalpın müəllifi olduğu “Şəhid türküsü” şeiri şəhidlərimizin müqəddəs ruhuna həm də redaksiyanın ehtiramı kimi səslənir.

Bu nömrədə “Yaşat” Fondunun son məlumatları yer alıb - onları “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyevin qələmindən oxuyuruq.

Layihələrdən “Mədəniyyətdən Əbədiyyətə...” Qobustan Uşaq İncəsənət Məktəbinin şəhid müəllimi Rauf Əliyevə; “Səhnədən hərb meydanına...“ isə Bakı Uşaq və Gənclər Teatrının aktyorları Qurban Əhmədov və Röyal Allahverdiyev, Akademik Opera və Balet Teatrının əməkdaşı Altun Qaracayevə həsr olunub. Şövkər Səlimovun qələmə aldığı “İçərişəhərin şəhid Fəridi” məqaləsində Vətən uğrunda canından keçən igidimiz Fərid Əliyevin ömür və döyüş yolundan danışılır.

Mədəniyyət Nazirliyinin bu dövrə qədərki “Nizami ilinə töhfələr”i ilə də tanış oluruq bu nömrədə. İstedadlı alim, mövzuya hakim olan Akif Azalpın “Nizami və Nəvai” məqaləsi də redaksiyanın bu ilə daha bir töhfəsidir .

“Nəriman Həsənzadə - 90: İnsanlıqda şair, şairlikdə insan” müsahibəsi Xalq şairinin jurnalın əməkdaşımız Qurban Cəbrayılla səmimi söhbətidir.

Bu günün uzaqlığından bəzən şairlərimizin erkən çağlarına da dönmək lazım gəlir, necə ki, alimlərimizdən Yaşar Qasımbəyli nakam şairimiz Əli Kərimin yaradıcılığına nəzər salıb.

“Musiqi”də, hamını narahat edən üzdəniraq qonşularımızın bizdən oğurladıqları təsniflərin tarixçəsindən bəhs olunur.

“Teatr” rubrikası iki yazı ilə rövnəqlənib: professor İlham Rəhimlinin “Bitdi qürbət həsrəti” Ağdam teatrının dönüşündən və Samirənin tərcüməsində məşhur Jan Lui Barronun teatr haqqında düşüncələrindən...

“Rəngkarlıq” monumentalçı rəssam Oqtay Şıxəliyevin zəngin irsinə bir pəncərədir.

Artıq jurnalın daimi müəllifinə çevrilən Türkiyədə yaşayan jurnalist İbrahim Nəbioğlu yarımçıq və natamamın fəlsəfəsindən bəhs edir “Düşüncələr”də...

“Uzaqdakı yaxınlar”da Yavər Nemətli bu dəfə artıq konyalı həmyerlimiz Aynur Elxan Nayiri Vətənlə qovuşdurub.

Mədəni irsimizin ən vacib mövzusu hər zaman Qarabağ, onun mədəni irsi, abidələri , təbiəti, turizm potensialı və möhtəşəm Zəfərimizdir!

“Elm” rubrikamız isə hər zaman olduğu kimi, Azərbaycanın elmi potensialının göstəricisi olaraq qalır.

# 2512 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion yenidən səhnəyə qayıdır

Selin Dion yenidən səhnəyə qayıdır

13:00 25 mart 2026
42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

11:30 25 mart 2026
Abbas Kiarostaminin evi ABŞ-ın hava hücumları nəticəsində zərər gördü

Abbas Kiarostaminin evi ABŞ-ın hava hücumları nəticəsində zərər gördü

11:10 25 mart 2026
Qaranlıq gecədən soruş... - Günün şeiri

Qaranlıq gecədən soruş... - Günün şeiri

10:30 25 mart 2026
İlham Əzizin ilk romanı çap olundu

İlham Əzizin ilk romanı çap olundu

22:00 24 mart 2026
"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj

16:30 24 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər