"Belələrini diri-diri yandırmaq lazımdır" - Məşhurlar Nərmindən yazdılar

"Belələrini diri-diri yandırmaq lazımdır" - Məşhurlar Nərmindən yazdılar
7 yanvar 2020
# 17:03

Keçən ilin noyabrında itkin düşən və dünən yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın faciəvi qətlinə sənət və media əhli səssiz qalmadı.

Kulis.az xəbər verir ki, sənətçilər sosial şəbəkədəki hesablarından Nərminin fotosunu paylaşaraq azyaşlı uşaqların qətlini lənətləyiblər.

Müğənni Nigar Camal: “Bu, ağır itkidir. Biz bilmirik Nərmin balamıza hansı xəsarətləri yetiriblər. Belə insanları, pedofilləri məhv etmək, diri-diri yandırmaq lazımdır. Başqa yol görmürəm. Balaca uşağa necə başqa gözlə baxmaq olar? Məsum körpəyə - 10 yaşlı qıza bunu etmək vəhşilikdir. Belə şeyləri boş buraxmaq olmaz. Tapıb cəzalandırmaq lazımdır. Özü də həbs etmək yox, dünyadakı ən sərt cəzalara məhkum etmək mütləqdir. Uşaqlar valideynə Allahın ən böyük hədiyyəsidir. Allah heç bir valideynə bu ağrını nəsib etməsin!

Xalq artisti Faiq Ağayev: “Bu cinayəti törədən qəddar zalım (zalımlar) ən tez zamanda tutulmalı, ona (onlara) ən ağır cəza tətbiq edilməlidir!”

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Əməkdar artist Hüsniyyə Mürvətova: “Sənin qanın yerdə qalmayacaq mələk. Nərmin üçün susma!!! İnsanlar niyə bu qədər vəhşiləşib. İlahi! Bu qızcığaza necə qıyıblar? Öldürüblər, üstəlik yandırıblar... Ağlım çözmür artıq bu vəhşilikləri. Şokdayam. Hara gedir bu dünya. Cinayətkar ən ağır cəza ilə cəzalandırılmalıdır”.

Müğənni Elton Hüseynəliyev: ““Dəhşətli bir hadisədir. Qatil mütləq cəzalanacaq, buna əminəm. Belə məxluqlar ən ağır cəzaya layiqdir”.

Müğənni Elvin Abdullayev “Bu körpənin günahı nədir? Allah heç bir ana-atanı övladı ilə sınağa çəkməsin. Bunu edər hər kimdirsə, çarmıxa çəkilməlidir”.

Aparıcı Lalə Azərtaş: “Bəli! Meşələr yanmasın, canlılar məhv olmasın. Amma belə məsum körpələr heç ölməsin, öldürülməsin. Qatili ən ağır şəkildə cəzalandırılsın. Onun ahın ödəmədən, hər gün ölə-ölə yaşamadan rahat gəzmə, qatil!”.

# 4934 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər