"Avroviziya-2021" üçün mahnı seçiminə start verildi

"Avroviziya-2021" üçün mahnı seçiminə start verildi
8 yanvar 2021
# 09:40

“Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb.

İTV-nin mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, “Avroviziya-2021” üçün mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 19-a qədər öz mahnılarını [email protected] elektron ünvanına göndərə bilərlər.

Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə bildirilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2020-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, mayın 18, 20 və 22-də Rotterdamda baş tutacaq “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi “Efendi” adlı ifaçı təmsil edəcək.

Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri isə bəstəkar İsa Məlikovdur.

# 3907 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yazıçının romanı ekranlaşdırılacaq

Məşhur yazıçının romanı ekranlaşdırılacaq

11:20 8 oktyabr 2026
"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

10:40 8 oktyabr 2026
"Cyrille Gassiline"  brendinin təsisçisi vəfat etdi

"Cyrille Gassiline" brendinin təsisçisi vəfat etdi

10:20 8 oktyabr 2026
Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər