#

“Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabı təqdim olundu

“Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabı təqdim olundu
4 may 2023
# 14:50

˝Libraff˝ kitab mağazasının ˝Park Akademiya˝ filialında Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, kitabda Zərifə və Heydər Əliyevlərin boya-başa çatdığı ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.

Təqdimatda AMEA-nın prezidenti İsa Həbibbəyli, Xalq yazıçısı Çingiz Abdullayev, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Mətbuat Şurasının sədri, yazıçı, şair Rəşad Məcid, Millət vəkili Hicran Hüseynova və yazıçının qələm yoldaşları iştirak ediblər.

Kitabın “Ailə. Uşaqlıq və gənclik illəri” adlı ilk bölməsində müəllif qəhrəmanlarının doğum tarixi və yeri haqqında məlumat verilir.

Əsər “Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)”, “Sevmək haqqı”, “Əks-kəşfiyyatçının şəxsi həyatı”, “Ordinatorluqdan akademikliyə”, “Lider”, “Respublika rəhbərinin xanımının gündəlik həyatı”, “Qalstuksuz” Heydər Əliyev (XX əsrin 70-ci illəri)”, “Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)”, “O, əzablarını sona qədər gizlətdi…”, “Ölümə qalib gələn məhəbbət” adlı bölmələrdən ibarətdir.


# 553 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı Nahidin yeni kitabı çap olundu

Yazıçı Nahidin yeni kitabı çap olundu

15:20 19 may 2023
˝LIBRAFF˝da İlbər Ortaylının kitab təqdimatı və imza günü keçiriləcək

˝LIBRAFF˝da İlbər Ortaylının kitab təqdimatı və imza günü keçiriləcək

10:58 19 may 2023
˝LIBRAFF˝ da “Qarabağ”ın kapitanı ilə görüş keçirildi

˝LIBRAFF˝ da “Qarabağ”ın kapitanı ilə görüş keçirildi

16:00 17 may 2023
"Səndən gözəl olmasın" kitabının təqdimatı və imza günü keçiriləcək

"Səndən gözəl olmasın" kitabının təqdimatı və imza günü keçiriləcək

13:20 12 may 2023
Həyatı xilas olan qız, uşağını axtaran ana, deyingən xala - Türkiyəli yazıçının imza günündən reportaj

Həyatı xilas olan qız, uşağını axtaran ana, deyingən xala - Türkiyəli yazıçının imza günündən reportaj

14:15 8 may 2023
Bətnindəki uşağa kitab oxuyan qadın, eyni sualı verən qız, göyərçinləri əsası ilə ürküdən qoca – Məqsəd Nurun imza günündən reportaj

Bətnindəki uşağa kitab oxuyan qadın, eyni sualı verən qız, göyərçinləri əsası ilə ürküdən qoca – Məqsəd Nurun imza günündən reportaj

17:03 1 may 2023
# # #