Yaşar Nurinin 70 illik yubileyi keçirildi - Fotolar

Yaşar Nurinin 70 illik yubileyi keçirildi - Fotolar
4 noyabr 2021
# 11:25

Akademik Milli Dram Teatrında Yaşar Nurinin 70 illik yubiley tədbiri keçirildi.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Mədəniyyət Naziri Anar Kərimov çıxış edərək, aktyorun Azərbaycan tetarındakı danılmaz rolunu vurğuladı və onun fəaliyyətindən danışdı. Sonda qarşıdan gələn “Zəfər bayramı” münasibətilə xalqımızı təbrik edib, tamaşanı açıq elan etdi.

Aktoyrun zəngin irsi, film və tamaşlardan qısa kadrlar nümayiş olundu.

Ardınca məhşur müğənnilər, sənət adamları və həmkarları – Aybəniz Haşımova, Brilliant Dadaşova, Teymur Əmrah, Ülviyyə Nuriyeva, İlham Rəhimli, Vaqif Mustafayev, Ramiz Səfəroğlu – çıxış edərək öz xatirələrini tamaşaçılarla bölüşdülər.

Sonda Azərpaşa Nemətovun “Almaz” tamaşasından bir parça göstərildi.

# 6969 dəfə oxunub

Müəllifin son yazıları

# # #