"Matrix" beşinci film ilə ekranlara qayıdacaq

"Matrix" beşinci film ilə ekranlara qayıdacaq
23 noyabr 2026
# 16:32

“Warner Bros. Discovery” məşhur elmi-fantastik film seriyası olan “Matrix”in beşinci davam layihəsinin inkişaf mərhələsində olduğunu açıqlayıb.

Kulis.az xəbər verir ki, ssenarisini Dryu Qoddardın yazdığı və rejissorluğunu da öz öhdəliyinə götürəcəyi yeni filmin süjet xətti və aktyor heyəti hələlik gizli saxlanılır.

Layihənin 2027-ci ildən sonra kinoteatrlarda nümayiş olunacağı gözlənilir.

Seriyanın ulduzu Kianu Rivz isə hazırda "Kirpi Sonik 4" kimi layihələrlə gərgin iş qrafikini davam etdirir.

Açıqlamada həmçinin Cim Kerrinin 2027-ci ildən sonra yayımlanması planlaşdırılan "Jetsons" filmində baş rolu canlandıracağı təsdiqlənib.

Bundan əlavə, Eyqonun fəthindən bəhs edən yeni "Game of Thrones" filminin hazırlıqlarının davam etdiyi, Mett Rivzin rejissorluğu ilə çəkilən yeni "Batman" filminin isə 2028-ci ilin fevral premyerasından əvvəl çəkiliş mərhələsində olduğu bildirilib.

2027-ci il təqvimində isə "Ocean’s" seriyasının prikveli və "Üzüklərin hökmdarı: Qollumun izi ilə" filmləri yer alır.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər