Hindistanda qadınlar nə zaman murdar hesab edilir? - QEYRİ-ADİ ADƏTLƏR

Hindistanda qadınlar nə zaman murdar hesab edilir?  -  <span style="color:red;">QEYRİ-ADİ ADƏTLƏR
22 avqust 2017
# 09:00

Çox qədimlərdən bəri insanlar həyatlarındakı önəmli dəyişiklikləri müxtəlif mərasimlərlə qeyd ediblər.

Bir qızın yetkinlik yaşına çatmasını xəbər verən ilk menstruasiya (tibbdə menarxe) çoxalma sisteminin işləməyə başlaması deməkdir. Bədənin artıq uşaq dünyaya gətirməyə hazır olduğunu bildirən ilk menstruasiya - menarxe müxtəlif mədəniyyətlərdə müxtəlif ayinlərlə qeyd olunur.

Qadınlığın müqəddəs sayıldığı, qutlandığı zamanlarda yetkinliyə qədəm qoyan və buna görə “mükafatlar” alan qızlar öyünərkən, qadınların aşağılandığı, ona ikinci dərəcəli məxluq kimi yanaşılan coğrafiyalarda ilk menstruasiya qız uşağı üçün cəhənnəm demək imiş.

Kulis.az müxtəlif mədəniyyətlərdə “İlk menstruasiya ənənələri”ni təqdim edir:

Hindistan

Cənubi Hindistanda qız uşaqları yetkinliyə qədəm qoyduqları vaxtdan evdən çıxmamağa təşviq edilir, onlara oğlanlarla danışmağa icazə verilmir. Bəzi bölgələrdə isə qadın bu dönəmdə lənətlənmiş, murdar hesab olunur. Onlar menstruasiya keçirən qadını sığınacağa qovurlar və o, bu bir neçə günü tək keçirir. O kəndin kənarındakı sığınacaqdan çıxa, kimsəylə danışa, nəyəsə toxuna bilməz. Ötən ay bu ənənə üzündən Nepalda 18 yaşlı qızın həyatını itirməsi xəbəri mətbuatda yer aldı. Tulasi Şaxi adlı qız xüsusi tikilmiş sığınacaqda qalarkən ilan sancmasından dünyasını dəyişib. Bundan əvvəl isə 15 yaşlı qızın bu xüsusi sığınacaqda öldüyü bildirilirdi. Ventilyasiya sistemi olmayan bu tikilidə gecələyən qız yandırdığı ocağın tüstüsündən boğulub ölmüşdü.

Tayvanda isə menstruasiya keçirən qadınlar məbədə gedə bilmədiklərini bildikləri üçün evdən çıxmırlar.

Image result for Hindistan

“Qadın oldun? Al bir şillə!”

Türkiyədə bir çox qadın bu hadisəni qanqaralıqla qarşılayır. İlk dəfə menstruasiya keçirən qızı şilləylə təbrik etmək tək Türkiyədə yox, Fransa, Əfqanıstan və İsrailin bəzi bölgələrində yayılmış ənənədir. Bu şilləni həm “yanaqlarında həya qızartısının həmişə qalması üçün olduğu” mənasına həm də “Artıq gənc bir qadınsan, hər şeyə hazırlıqlı ol!” mənasına yozanlar var.

Qadınlıq ziyafəti

Mərakeşin, Şri-Lankanın, Cənubi Afrikanın isə qadınlığı qutlamaq kimi mədəniyyətləri var. Bu ölkələrdə ilk dəfə menstruasiya keçirən qız üçün ziyafət təşkil olunur, hədiyyələr hazırlanır. Bəzi mədəniyyətlərdə isə səbəbkar yaxın qadınların iştirakı ilə çimizdirilir və yeni geyimlər geyindirilib bəzədilir. Cənubi Afrikada qıza üç gün evdən çıxmaq uşaqlarla və kişilərlə danışmaq qadağan olunur.

“Xoş gəldin” plovu

Yaponiyada ilk dəfə menstruasiya olan qızlara anaları “Sekihan” adlanan özəl düyü yeməyi bişirilər. Bu ailə içində səs-küy təmtəraq içində qeyd olunmur, danışılmır, lakin evdə məhz bu yeməyin bişdiyini görən ailə üzvləri qızın yetkinlik çağına keçdiyini anlayır.

Menstruasiya çadırı

Avstraliyanın qədim aborigen tayfalarında ilk menstruasiya keçirən qadınlar üçün müxtəlif adətlər var. Məsələn, qəbilənin qadınları bu qıza menstruasiya dövrünün sonuna qədər anası ilə yaşamaq üçün çadır quraşdırır. Menstruasiya bitdikdən sonra çadır yandırılır, gənc qadın çayda yuyunur və müəyyən ritualları keçdikdən sonra evə qayıtdığında evlənəcəyi kişi ilə nişanlanır.

İtaliya

İtaliyada bir gənc qız ilk dəfə menstruasiya keçirdikdə ailəsi ona şənlik təşkil edir. Və ona gənc qadın mənasına gələn “sinyorina” deyə xitab olunur. Braziliyada da bu hadisə mərasimlə qeyd olunur.

Image result for İtaliya

Filippin

Filippinli analar ilk dəfə menstruasiya keçirən qızlarının alt paltarlarını alıb suda yaxalayır və üzdəki sızanaqdan qurtarması üçün qızlarının üzlərinə sürtürlər.

Bal kimi

İsraildə isə yetkinliyə qədəm qoyan günlərdə qızlara bal yedirirlər və bununla qızın qarşıda hər ay yaşayacağı bu prosesi yüngül keçirəcəyinə inanırlar. Xorvatiyadasa bu münasibətlə həmin qıza bir qədəh qırmızı şərab verirlər.

# 1725 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #