Cehiz aparmaq, üzərlik yandırmaq, ağaca yaylıq bağlamaq - Şamanlardan bizə qalan adətlər

Cehiz aparmaq, üzərlik yandırmaq, ağaca yaylıq bağlamaq - Şamanlardan bizə qalan adətlər
30 mart 2022
# 17:00

Kulis.az qədim şamanlardan bizə miras qalmış adət-ənənələri təqdim edir.

Körpənin göbək ciyəsini basdırmaq

Altay türkləri uşağın göbək ciyəsini ağac qabığına dolayıb evin/çadırın yaxınlığında basdırırdılar. Hazırda da davam edən bu adət Umay kultu ilə əlaqəli idi. Qədim türklərdə Umay uşaqları qoruyan tanrı hesab olunurdu. Bu, həm də göbək ciyəsinə verilən ad idi. Qazax və qırğız qadınlar toplu şəkildə göbək ciyəsini basdırır və ətrafında buxur yandırırdılar.

Aya baxaraq dua etmək

Türklər çöl həyatında zamanı anlamaq, yol tapa bilmək üçün səmaya baxırdılar. Yəni başqa xalqlar kimi, türklər də Günəşin və Ayın periodlarına əsasən gündəlik həyatlarına istiqamət verirdilər.

Altay türklərinin fikrincə, Ay və Günəşi yaradan Ülgən onlara toxuna bildiyi bir dağın zirvəsində otururdu. Türklərdə Oğuz Xaqanın nəslinin də Ay Ataya gedib çatdığına inanılırdı. Oğuzun anasının adı da tarixi mətnlərdə Ay Xatun olaraq keçir. Oğullarından birinin adı da Ay Xandır. Amma ən vacibi bu idi ki, bütün səma cismləri Tenqri ilə əlaqələndirilirdi.

Qurban kəsmək

Qədim türklərdə Göy Tanrı kosmik sistem və kainatın yaradıcı hesab olunduğu qədər siyasi və ictimai prosesin də müşahidəçisi idi. Göy Tanrının şərəfinə ildə iki dəfə mərasim keçirilir və ləkəsiz, ağ erkək at qurban edilirdi.

Böyük tanrılardan əlavə, hər şeyin ruhu olduğu üçün bütün ruhlara, oda, suya, ev sahiblərinə də qurbanlar təqdim edirdilər.

7 və 40 ədədləri

Qədim türklərin ictimai həyatında ədədlər hər zaman xüsusi önəmə sahib idi. Bəzi ədədlərin müqəddəs hesab edilərək tez-tez təkrarlanması, “yeddi gün yeddi gecə”, “qırx gün qırx gecə” anlayışları türklərdə çox qədimdən bəri var. Şərq türklərində müqəddəs hesab olunan rəqəm doqquz olsa da, qərbə getdikcə rəqəmin yeddiyə çevrildiyini görürük.

Əslində, bütün mifologiyalar astronomiya ilə əlaqəlidir. Məsələn, Böyük Ayı bürcünün ən məşhur yeddi ulduzunun türk mifologiyasındakı qarşılığı yeddi qurd idi. Səma yeddi qatdan ibarət, həyat ağacı doqquz budaqlı hesab olunurdu.

Yola çıxan adamın arxasınca su atmaq və yuxunu suya danışmaq

Çaylar, bulaqlar, canlı və yaşayan şeylər kimi qəbul edilirdi. Tenqri kimi insanlara uzaq görünmədikləri üçün onlarla daha rahat əlaqə qurmaq olurdu. Pis yuxunu sular alıb aparsın deyə, ya da yaxşı yuxuların çin olması üçün axan sulara danışırdılar. Eyni şəkildə, yola çıxan adamın arxasınca su atmaq da su kultundan qaynaqlanan adətdir.

Üzərlik yandırmaq

Türklər tarix boyu bitkiləri müqəddəs biliblər. Üzərliklər ruhları qovmaq və xəstələri sağaltmaq üçün yandırılırdı.

Üzərliksən, davasan… Evdə üzərlik yandırmağın FAYDASI - Sonxeber.net

Ağaclara yaylıq bağlamaq

Çayların, göllərin, bulaqların çevrəsindəki ağaclara bez bağlamaq su tanrısına olan inancdan qaynaqlanırdı. Ağaclar ata/ana olaraq həyatın qaynağı hesab olunurdu və hər iki məna baxımından müqəddəsliyə sahib idilər.

Ölən adamın arxasınca yemək məclisi vermək

Yığıncaqlar qədim türklər üçün vacib hesab olunurdu. Ölünün arxasınca yas tutulur, ardınca da yemək verilirdi. Məqsəd ölünün ruhuna təskinlik vermək və onun pisliklərindən qorunmaq idi.

Cehiz

Müxtəlif türk topluluqlarında Sün Xan və ya Yereh adları ilə xatırlanan, ailənin qoruyucu ruhları da var idi. Bəzi boylarda bu ruhlar üçün qapının arxasına səbət qoyulurdu. Evdən gəlin köçən qız səbəti ilə gedərdi.

Cənazənin küçələrdə gəzdirilməsi

“Ölən adamın ruhu bir müddət çadırların ətrafında, qohumların arasında dolanır – uşağın ruhu yeddi, yetkin adamın ruhu isə qırx gün. Bu müddət ərzində ölən insanın çadırında ya da evində bir qism tabular olur. Məsələn, ruhun çadırdakı gizli varlığının öz bədənlərini çirkləndirəcəyinə inanan şamanlar qırx gün ərzində o çadıra girməzlər.” – Andrey Viktoroviç Anoxin – Altay şamanlığına aid materiallar

Dəfn mərasimində kimlər iştirak edə bilər? – RƏSMİ - Günün Səsi

# 5514 dəfə oxunub

Müəllifin son yazıları

# # #