Dövlət sifarişi ilə daha bir film çəkildi

Dövlət sifarişi ilə daha bir film çəkildi
27 dekabr 2014
# 20:13

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçəri şəhər” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Kinostudiyadan APA-ya verilən məlumata görə, psixoloji dram janrında olan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar. Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

# 1133 dəfə oxunub

Müəllifin son yazıları

# # #