Tetçer həyatdan nə öyrənmişdi?

Tetçer həyatdan nə öyrənmişdi?
8 aprel 2013
# 15:00

Kulis.az bu gün 88 yaşında vəfat edən, Böyük Britaniyanın baş naziri olmuş, “Dəmir Ledi” ləqəbli Marqeret Tetçerin həyatdan öyrəndiklərini təqdim edir.



Deməzdim ki, bəxtim gətirdi. .

Bütün həyatımı atama borcluyam. Maraqlıdır ki, balaca şəhərin kübar bir ailəsində öyrəndiklərim mənə seçkilərdə qələbə gətirdi.

İngiltərənin ehtiyacı – dəmir ledidir.

Məni tənqid edən insanlar mənim Temzanın dalğalarında necə addımlamağımı görsələr, deyərdilər ki, o, üzə bilmədiyi üçün belə edir.

Bu günün İngiltərəsində “Marks və Spenser” (məşhur geyim istehsalçısı – G.Ə) Marks və Engelsə qalib gəlib.

Kiminsə haqqında fikir bildirmək üçün mənə on dəqiqə lazımdır. Ən qəribəsi odur ki, fikrim sonralar da sabit qalır.

Məncə, konsensus – öz prinsip, dəyər və strategiyandan imtina prossesidir. Heç kimin inanmadığı və heç kimin mübarizə aparmadığı bir şeydir.

Əlbəttə, bayağılıq var. Onlar həqiqəti əks etdirmək üçün mövcuddurlar.

Qalibiyyət ehtirası hamımızın içində var. Qalibiyyət – məşqə, qalibiyyət üsulu isə ləyaqətə bağlıdır.

Əgər mən tək 48 nəfərə qarşı gedəcəmsə, həmin 48 nəfərə yazığım gəlir.

Amerika – yeni İsraildir. Onu müqəddəslər yarada bilmədilər, əgər yaratsaydılar, çətin ki ora dirçələrdi.

Cəmiyyət anlayışı yoxdur. Var – kişilər, qadınlar və ailələr.

İngiltərənin çoxdankı yaralarını sosializmlə sağaltmağa çalışmaq – leykemiyanı zəli ilə müalicə etməyə oxşayır.

Evi idarə etməyin çətinliklərini bilən qadın ölkəni idarə etməyin də çətinliklərini bilər.

Qadın öz xarakterini göstərəndə “ləçər” deyirlər, kişi göstərəndə “yaxşı oğlan”.

Keçmiş Sovet dissidenti Vladimir Bukovski bir dəfə rus atalar sözünü - “yumurtanı qırmamış qayğanaq bişirmək olmaz” – xatırladaraq demişdi ki, o həyatında qırılan yumurtalar çox görüb, amma hələ qayğanaq dadmayıb.

Bu gün qadınların özlərini sübut etmək üçün xeyli imkanlar yaranıb; aramızda prezident olanları da var. Məncə, qadınlara çanta daha çox yaraşır, nəyinki süngər.

Hamımız nə vaxtsa nənə olmağa məcbur olacağıq.

Mənbə: “Esquire” jurnalı
Tərcümə: Günel ƏSGƏRZADƏ

# 3794 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #