Səməd Vurğundan sonra yazılmış ən yaxşı “Dağlar” şeiri

Səməd Vurğundan sonra yazılmış ən yaxşı “Dağlar” şeiri
4 iyun 2021
# 10:31

Bu gün məşhur el şairi Sücaətin doğum günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən şairin “Dağlar” rədifli gəraylısını təqdim edir. Xatırladaq ki, bu, Səməd Vurğunun məşhur “Dağlar” gəraylılarından sonra eyni ruhda yazılmış ən yaxşı gəraylılardan hesab olunur.

Mən gedirəm qürbət elə,
Sən salamat qal, ay dağlar.
Halallıq ver, qoy qalmasın,
Ürəyimdə xal, ay dağlar.

Hanı məndə dözüm sənsiz?
Sönəcəkdi közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz,
Olacağam lal, ay dağlar.

Dostum-yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al ay dağlar, al ay dağlar.

Günəş gəzib yorulanda,
Sazın simi qırılanda,
Göydə qartal vurulanda,
Məni yada sal, ay dağlar.

Qayaları lələ döndər,
Cığırları telə döndər,
Sücaəti külə döndər,
Bir “Kərəmi” çal, ay dağlar.

# 7453 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #