Süpürgəçi - Elza Seyidcahandan yeni şeir

Elza Seyidcahan

Elza Seyidcahan

30 aprel 2022
# 15:00

Kulis.az Elza Seyidcahanın "Süpürgəçi" adlı şeirini təqdim edir.

Sadə peşə adamları,
Yorulmasın qolları.
Süpür süpürgəçi, süpür
Yolları.

Sübh tezdən oyanan,
Payızı, yazı, yayı,
Qışı qarşılayan dan ulduzları.
Süpürgəçilər,
Tükürpədicilər.
Süpür süpürgəçi, süpür.

Gündoğanda dalan-dalan,
Həyət-həyət, küçə-küçə,
Natəmizlikdən yol açar təmizliyə.
Sizin varlığınız, bizim sağlıgımız,
Ürəyi təmiz, səhəri təmiz,
Yolu təmiz süpürgələ.
Qəlbimizin çirkablığın
İcimizdən yığ silkələ
Süpürgəçi.

Qoşul mənə süpürgələ,
Sənətimizi süpürgələ,
Səhnəmizi süpürgələ,
Gəl bir yerdə ibrətimizi
Niyyətimizi,
Süpürə-süpürə heyətimizi,
Qeybətimizi,
Yığa-yığa qeyrətimizi
Küsdürə-küsdürə pislikləri
Uzaqlara,
Ucsuz-bucaqsız çöllərə
Süpürgələ, süpürgəçi,

Bəlkə, onlar
süpürgənlə dirçələ.
Nadanlıqlar, axmağlıqlar
Zibilliyə atılsın.
Süpürgənin uclarında
Parıltılar pırıl-pırıl
Çoxalsın.
Şəhərimiz par-par yansın
Süpür, süpürgəçi, süpür
Süpürgələ sən ağız içi,
yolu, qırağı,

Sevinsin yolun tıxacı.
Süpürgələ sən qəlb içi,
Bir şairin sözü var e,
Təb içi.
Biz yaxşı görürük zibillikləri
Hər kəsə görünməz
Bizə görünən.

Süpür bu yolları,
Ay süpürgəçi,
Onsuz da bu dünya
Süpürgəlikdir.
Onsuz da bu dünya
Süpürgəlikdir.
Süpür süpürgəçi ,süpür.

2022. 29 aprel.
Elza Seyidcahan "Cızmaqaraçı."

# 8430 dəfə oxunub

Müəllifin son yazıları

# # #