Yaponiyanın 102 yaşlı alpinisti Fuji dağının zirvəsində

Yaponiyanın 102 yaşlı alpinisti   Fuji dağının zirvəsində
26 avqust 2025
# 16:00

Yaponiyanın 102 yaşlı alpinisti Kokiçi Akuzava Fuji dağının zirvəsinə qalxaraq "Ginnesin Rekordlar Kitabı"na daxil olub.

Kulis.az xəbər verir ki, 1923-cü il təvəllüdlü Akuzava 3776 metr hündürlüyü fəth edərək Yaponiyanın ən yaşlı alpinisti kimi tarixə düşüb.

Qeyd edək ki, bundan öncəki yürüşdə o, çıxdığı dağdan yıxılaraq xəstəxanaya yerləşdirilmişdi, buna baxmayaraq, o, rekord qıra bilib.

# 115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər